Icma.az
close
up
RU
Fitrə nə qədərdir və kimlər verməlidir?

Fitrə nə qədərdir və kimlər verməlidir?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ramazan ayının başa çatmasına sayılı günlər qalır və müsəlmanlar Ramazan Bayramı ərəfəsində ibadətlərini tamamlayırlar. Bu müqəddəs günlərdə vacib əməllərdən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı oruc tutan hər bir müsəlmanın bayram namazından əvvəl yerinə yetirməli olduğu ibadət sayılır. Məqsəd cəmiyyətdə ehtiyacı olan insanlara dəstək olmaq və bayram sevincini hamı ilə bölüşməkdir. Din xadimləri fitrə zəkatının vaxtında və düzgün şəkildə verilməsinin vacibliyini xüsusi vurğulayırlar. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, bayrama qədər bu dini borclarını yerinə yetirsinlər.
Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Ramazanın sonu yaxınlaşdıqca insanları düşündürən ən önəmli məsələlərdən biri də Fitrə zəkatı olur:
“Fitrə zəkatı, fitrətin zəkatı, yəni insanın daxili aləminin, mənəviyyatının saflaşdırılması deməkdir. Bu ibadətin iki böyük əhəmiyyəti var. Birincisi, tutulmuş orucun qüsur və nöqsanlarını aradan qaldıraraq onu kamilləşdirir. Rəvayətlərə görə, Məhəmməd peyğəmbər buyurub ki, Ramazanda tutulan oruclar səmada asılı vəziyyətdə qalır və verilən fitrə zəkatı vasitəsilə Allah qatına yüksəlir. İkinci mühüm əhəmiyyəti isə ehtiyacı olan insanları sevindirmək, onları da bayram sevincinə şərik etməkdir. Fitrə zəkatının vaxtı da xüsusi önəm daşıyır. Bu zəkat Ramazan Bayramı namazından əvvəl verilməlidir və sübh azanından sonra verilməsi daha savab sayılır. Lakin zəkat veriləcək şəxs uzaqda olduqda, onu bayramdan bir və ya iki gün əvvəl, hətta Ramazan ayı ərzində də vermək mümkündür. Bununla belə, bayramdan sonra verilməsi məkruh hesab olunur və bəyənilmir. Fitrə zəkatını vermək müəyyən maddi imkanı olan insanlara vacib sayılır. İslam qaydalarına görə, təxminən 80 qram qızıl dəyərində sərvətə sahib olan şəxs zəngin hesab olunur və bu zəkatı verməlidir. Ailə başçısı evdə olan bütün üzvlərin istər böyük, istərsə də kiçik –fitrə zəkatını çıxarmalıdır”.
O deyib ki, tarixi baxımdan fitrə zəkatı Peyğəmbər dövründə xurma, arpa, buğda və ya kişmiş şəklində, hər nəfər üçün təxminən 3 kilo miqdarında verilirdi:
“Müasir dövrdə isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu məbləğ pul formasında hesablanır və adətən 10-15 manat civarında müəyyən edilir. Bununla belə, imkanlı şəxslərin daha artıq yardım etməsi, ehtiyacı olan bir insanın bütün ehtiyaclarını qarşılayacaq səviyyədə fitrə verməsi daha təqdirəlayiq sayılır. Fitrə zəkatı verilərkən əsas şərtlərdən biri də niyyətdir. İnsan bu ibadəti yerinə yetirərkən Allahdan qəbul olunmasını diləməlidir. Verilən yardım qarşı tərəfə “fitrə zəkatı” kimi deyil, daha çox hədiyyə şəklində təqdim olunmalıdır. Peyğəmbərimiz buyurub ki, verən əl alan əldən daha xeyirlidir. Bu, insanların qazandıqca paylaşmağa, daha çox ehtiyac sahibinin qəlbini sevindirməyə təşviq olunduğunu göstərir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri