Icma.az
close
up
RU
Fitrə sədəqəsi nədir? Fitrə miqdarı nə qədərdir? Fitrə kimə verilməlidir? Fitrə haqqında ətraflı izah

Fitrə sədəqəsi nədir? Fitrə miqdarı nə qədərdir? Fitrə kimə verilməlidir? Fitrə haqqında ətraflı izah

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan bayramına qısa bir müddət qalıb. Martın 30-31 Ramazan bayramıdır. Bayramın yaxınlaşmasına sayılı günlər qala hər kəsi fitrə sədəqəsi, onun miqdarı maraqlandırır.Fitrə kimə verilməlidir? Kimə fitrə vermək olmaz?

Fitrə ilə bağlı sualları sizin üçün cavabladıq.

Əslində "yaratmaq, icad etmək; kəsmək, parçalamaq, ikiyə bölmək" mənasını verən fatr kökündən törəmiş fitr sözü orucu bitirməyi, iftarı (iftar) ifadə edir. Bu səbəbdən Ramazan bayramına “İdül-fitrə” deyildiyi kimi, Ramazan ayını yaşamaq və onun savab və bərəkətlərindən bəhrələnmək üçün şükr əlaməti olaraq verilən sədəqələrə fitrə sədəqəsi və ya fitrə zəkatı deyilir.

Fitrə insan olaraq yaradıldığına və Ramazan orucunu tutub bayrama çatdığına şükür olaraq, din baxımından zəngin olan və Ramazan ayının sonuna çatan müsəlmanların kasıblara və ehtiyacı olanlara verməsi vacib olan sədəqədir.

Fitrə sədəqəsi borcunu və əsas ehtiyaclarını ödəyə biləcək qədər sərvəti olan hər bir müsəlmana vacibdir.

Fitrə nə vaxt verilir?

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fitrənin vacib olduğu vaxt Ramazan bayramının ilk günüdür. Bayram günü və ya daha sonra verilə bilər. “Əslində ən fəzilətlisi onu bayramdan əvvəl verməkdir.

Ramazan ayına çatmış müsəlmanlar özləri və himayələrində olanlar üçün fitrə sədəqəsini verməlidirlər. İnsan özü və həddi-büluğa çatmamış övladları üçün fitrə verməyə borcludur.

Digər tərəfdən, ata-ana, böyük uşaqlar, arvad, qardaş-bacı və digər qohumlar üçün fitrə vermək vacib deyildir. Buna görə də bayram gecəsi və gündüzü üçün kifayət qədər azuqəsi olan hər bir müsəlman, varlı və ya kasıb, əsas ehtiyaclarından əlavə, fitrə də vermək məcburiyyətindədir.

Fitrədə məqsəd kasıbın yaşadığı cəmiyyətin həyat səviyyəsinə uyğun olaraq bir günlük yeməklə təmin etmək, bununla da bayram sevincinə töhfə verməkdir”-deyə ilahiyyatçı bildirib.

Qeyd edək ki, fitrə miqdarı minimum 3 kq buğdanın qiymətini nəzərə alaraq hesablanır.

Fitrə kimə verilir?

Fitrə və fidyə zəkat verilə bilən insanlara verilə bilər.

Kasıblar, malları olsa belə, dinə görə varlı sayılmayanlar və möhtaclar: mal-dövləti olmayanlar, əsirlikdən azad olacaq şəxslər, borclular: borclarını ödəmək üçün lazım olan maldan başqa kifayət qədər malı olmayanlara verilməlidir.

Kimə fitrə və zəkat verilə bilməz?

Analara, atalara, nənələrə və babalara, oğul, oğul uşaqları, qız, qız uşaqları və onlardan doğulan uşaqlara,həyat yoldaşına, qeyri-müsəlmanlara, varlı, yəni zəruri ehtiyaclarından əlavə kifayət qədər malı olan şəxslərə, həddi-büluğa çatmamış və atası varlı olan uşaqlara fitrə verilə bilməz.

Fitrəni bayram namazından əvvəl vermək daha fəzilətlidir. Əgər əvvəllər verilməyibsə, bayramda və ya bayramdan sonra verilə bilər. Əgər şəxs sədəqə verməyi unudubsa, yadına düşən kimi verməlidir. Bütün ibadətlərdə olduğu kimi, sədəqənin də vacibliyi vaxtında yerinə yetirilməli və gecikdirilməməlidir. Lakin vaxtında ödənilmədikdə, bu fitrələr ilk fürsətdə ödənilməlidir.

Fitrə miqdarı necə müəyyən edilir?

Fitrə insanın yaşadığı bölgənin şəraitindən asılı olaraq bir gün (iki yemək) qidalandıracaq qida miqdarı və ya onun qiyməti ilə müəyyən edilir. Bu, fitrənin minimum ölçüsüdür. İmkanı olanlar üçün bu haqqdan daha çox ödəmək daha yaxşıdır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri