Icma.az
close
up
RU
Fiziki şəxslər üçün möhür hazırlamaq qanunidirmi? EKSPERT AÇIQLADI

Fiziki şəxslər üçün möhür hazırlamaq qanunidirmi? EKSPERT AÇIQLADI

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Möhürlər uzun illərdir hüquqi sənədlərin və rəsmi yazışmaların ayrılmaz hissəsi olub. Lakin son zamanlar fiziki şəxslər arasında da şəxsi möhürlərdən istifadə halları artıb"

 Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib. 

" Bəzən insanlar şəxsi kitabxanalarında mühafizə etdikləri kitabları üçün və ya repetitorlar hazırlıq kurslarında şagirdlərinə həvəsləndirici sertifikatlar və təşəkkürnamələr təqdim edərkən onlara özlərinə məxsus dizaynla hazırlanmış qeyri-rəsmi möhürlər vururlar.

Bəs, bu praktika qanunvericiliyə nə dərəcədə uyğundur? Hər kəs öz möhürünü hazırlaya bilərmi? Fiziki şəxslərin möhür istifadəsinə dair konkret məhdudiyyətlər varmı? Şəxsi möhürlərin rəsmi hüquqi qüvvəsi nədir və onların istifadəsi hansı hallarda məsuliyyət yarada bilər?

İlk olaraq məlum edək ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün qeyri-rəsmi möhürlər hazırlaması və istifadəsi məsələsi ölkədən ölkəyə fərqli şəkildə tənzimlənir. Bəzi ölkələrdə bu cür möhürlərin istifadəsi geniş yayılmış və qəbul edilmiş bir təcrübə olsa da, digər ölkələrdə qanunvericilik daha məhdudlaşdırıcı ola bilər. Maraqlıdır ki, əksər ölkədən fərqli olaraq Yaponiyada imza əvəzinə demək olar ki, bütün rəsmi sənədləşmələr aparılarkən möhürlərdən istifadə olunur. Ölkədə fiziki şəxslər öz şəxsi möhürlərini hazırlayaraq yerli hakimiyyət orqanlarında qeydiyyatdan keçirirlər. Bu möhürlər bank hesablarının açılması, müqavilələrin imzalanması və digər rəsmi əməliyyatlar üçün istifadə edilir. Bu rəsmi möhür “Hanko” və yaxud “İnkan” adlanır. Əslində “hanko” termini möhürün avadanlığı, “inkan” isə mürəkkəb olan hissəsinə aiddir. Bu ölkədə möhür fərdin barmaq izi qədər son dərəcə zəruri əhəmiyyətə malikdir.

Ölkəmizə gəldikdə, bununla bağlı iki məqamı fəqrləndirmək lazımdır. Birincisi, qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza olduğu halda, dövlət orqanları tərəfindən həyata keçirilən yazışmalara bu Qayda şamil edilmir.

Sözügedən Qaydaların ikinci bəndinə görə Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin hazırlanması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sənəd blanklarının hazırlanması vergi ödəyicisi kimi uçota alınmış poliqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

Xüsusilə olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə isə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 326.1-ci maddəsinə görə isə rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gələk, ikinci məsələyə, yəni fiziki şəxslər üçün şəxsi möhürlərin hazırlamağın qanuni olub-olmamasına. Ölkəmizdə fiziki şəxslərin şəxsi məqsədlər üçün qeyri-rəsmi möhürlər hazırlaması və istifadəsi qanunvericilikdə birbaşa tənzimlənmir. Bu cür möhürlərin istifadəsi, məsələn, şəxsi kitabxana üçün və ya repetitorların şagirdlərinə həvəsləndirici diplomlar təqdim etməsi kimi hallarda, ümumiyyətlə, qanunla qadağan edilmir və icazə tələb olunmur. Lakin, unundulmamalıdır ki, bu möhürlərin rəsmi sənədlərdə və ya hüquqi əhəmiyyətli əməliyyatlarda istifadəsi qanun pozuntusuna səbəb ola və yuxarıda qeyd etdiyimiz kimi cinayət məsuliyyəti doğura bilər. Yaxud da əgər qeyri-rəsmi möhürlərin istifadəsi zamanı hər hansı hüquqi şəxs və ya dövlət orqanının rəsmi atributları və ya adları təqlid edilərsə, bu, qanun pozuntusu hesab edilir və məsuliyyətə səbəb olur. Bu baxımdan, qeyri-rəsmi möhürlərin dizaynı və istifadəsi zamanı diqqətli olmaq və mövcud qanunvericiliyə riayət etmək vacibdir.

Qeyri-rəsmi möhürlərdən istifadə fiziki şəxslərin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunarsa, bu, mülki hüquqi məsuliyyətə də səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Bu səbəbdən qeyri-rəsmi möhürlərin istifadəsi zamanı başqalarının hüquqlarına və qanuni maraqlarına hörmət edilməli, yanıldıcı və ya aldatıcı hərəkətlərdən çəkinilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri