Icma.az
close
up
RU
Hansı qidaları evdə hazırlamaq olmaz? EKSPERT AÇIQLADI

Hansı qidaları evdə hazırlamaq olmaz? EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun illərdir ki, analarımız yay aylarında qış üçün müxtəlif tədarüklər görürlər. Turşular, konservlər, mürəbbələr hazırlanır. Bu məhsullar düzgün hazırlanıb saxlanıldıqda faydalı ola bilər. Lakin qaydalara əməl edilmədikdə ciddi sağlamlıq riskləri yaradır.

Ev turşularının əsas üstünlüyü tərkibinə nəzarət imkanının olmasıdır. Bu məhsullara süni qatqılar, dadlandırıcılar və konservantlar əlavə edilmir. Əgər tərəvəzlər təzədirsə və proses gigiyenik şəkildə aparılıbsa, bəzi vitamin və minerallar qorunub saxlanılır. Xüsusilə fermentasiya yolu ilə hazırlanan turşular bağırsaq mikroflorası üçün faydalı ola bilər.
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, risklər əsasən hazırlanma və saxlanma mərhələsində yaranır:

“Ən böyük təhlükə sterilizasiya qaydalarına əməl edilməməsidir. Qablar yaxşı yuyulmaz və qaynadılmazsa, zərərli bakteriyalar çoxala bilər. Xüsusilə hava keçirməyən konservlərdə oksigensiz mühit yaranır ki, bu da təhlükəli mikroorqanizmlər üçün əlverişli şərait formalaşdırır.

Duz miqdarı da mühüm məsələdir. Ev turşularında adətən duz normadan artıq istifadə olunur. Bu isə yüksək təzyiq, böyrək və ürək-damar xəstəlikləri olan insanlar üçün risk yaradır. Təbii olması onun tam zərərsiz olduğu anlamına gəlmir. Duzlu məhsullar ölçülü şəkildə istehlak edilməlidir.

Ekspert vurğulayır ki, sirkə və ya limon turşusu ilə hazırlanan konservlərdə turşuluq səviyyəsi düzgün tənzimlənməzsə, məhsul tez xarab ola bilər. Şəkərsiz və az turşulu tərəvəz konservləri isə daha risklidir. Çünki bu zaman mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaranır.

Saxlanma şəraiti də həlledici rol oynayır. Turşular sərin, qaranlıq və quru yerdə saxlanmalıdır. Günəş işığı və isti mühit məhsulun tərkibini poza bilər. Qabın qapağında şişmə, sızma, açıldıqda köpüklənmə və ya kəskin qoxu müşahidə olunarsa, məhsul dərhal atılmalıdır. Dadına baxmaqla yoxlamaq qətiyyən olmaz.

Açıldıqdan sonra ev turşuları uzun müddət saxlanmamalıdır. Soyuducuda olsa belə, bir neçə gün ərzində istehlak edilməsi daha təhlükəsizdir. Çirkli qaşıq və ya əl ilə götürmək məhsulun tez xarab olmasına səbəb olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri