Icma.az
close
up
RU
Bu şəxslər hərbi xidmətdən azad edilirlər Ekspert AÇIQLADI

Bu şəxslər hərbi xidmətdən azad edilirlər Ekspert AÇIQLADI

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Belə ki, onlar əvvəllər vətəndaşı olduğu ölkədə həqiqi hərbi xidmətdə olubsa, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.

Bu qanun necə tənzimlənir və hansı şəxslərə şamil edilir?

Mövzu ilə bağlı Redaktor.Az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, xarici dövlət vətəndaşlığı olan şəxslərin işi "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən tənzimlənir.

"Azərbaycan Respublikası ərazisində xarici dövlətin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçıların hərbi xidmətə çağırılması 2011-ci ilin 23 dekabrında qəbul edilmiş "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən həyata keçirilir.

Qanun 13 il əvvəl qəbul edilib, bundan sonra bir sıra digər qanunlar qüvvədən düşmüş hesab edildi. Amma sonradan da adı çəkilən "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara bir neçə dəfə dəyişikliklər edildi. Lakin bu dəyişikliklərin heç bir halda xarici dövlət vətəndaşlığını qəbul edən, lakin Azərbaycan Respublikasının vətəndaşına xitam verilməmiş, yəni ikili vətəndaşlığı olanlara şamil edilmədi. Başqa sözlə desək, adı çəkilən qanunun müvafiq maddələrinə əsasən iki vətəndaşlığı olan şəxslərin hərbi xidmətə çağırılması 13 ildir ki, eyni əsaslarla eyni qanunlarla tənzimlənir və burada əhəmiyyət daşıyacaq və müstəsna bir yenilik baş verməyib". 

Hərbi ekspert qeyd etdi ki,  Azərbaycanda yaşayanlar da daxil olmaqla, insan harada yaşayırsa, həmin dövləti qorumalıdır:

"Başqa bir ölkənin vətəndaşlığını qəbul edib-etməməsindən asılı olmayaraq, vətənimizi, dövlətimizi, bayrağımızı qorumaq hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcudur və hər birimiz vətənə xidmət etmək kimi şərəfli və məsuliyyətli vəzifə daşıyırıq".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri