“Flamenqo” azarkeşləri komandanın avtobusuna daxil olub futbolçuları soyundurdular VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Flamenqo” futbol klubunun azarkeşləri Libertadores Kubokunun finalına yollanan komandanın avtobusunu yola salarkən sosial şəbəkələrdə böyük rezonans doğuran görüntülər yayılıb.
İdman.Biz xəbər verir ki, yayılan kadrlarda bəzi azarkeşlərin avtobusun tavanındakı lyuklardan içəri daxil olduqları görünür.
Avtobusa daxil olan azarkeşlərin futbolçularla qucaqlaşdığı, selfi çəkdiyi və hətta bəzilərinin oyunçuların formalarını çıxardıqları bildirilir. Məlumata görə, bu anlarda yarı şok vəziyyətində qalan komandanın futbolçularından Jorjinyo avtobusda köynəksiz oturarkən görüntülənib.
Rio-de-Janeyro küçələrində komandanın yola salınmasına bir neçə min azarkeş qatılıb.
Braziliya mətbuatında həmçinin klubun daha əvvəl BMT-yə müraciət edərək “Flamenqo” və onun fanatlarının ayrı bir “xalq” kimi tanınması üçün rəsmi müraciət etdiyi barədə məlumatlar da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















