Flikin müqaviləsi 2027 ci ilə qədər uzadıldı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Barcelona”nın prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Fliklə əmək müqaviləsini 2027-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəldiyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə prezident "La Vanguardia”ya müsahibəsində danışıb.
“Yanvarda Flikin müqaviləsini bir il müddətinə, 2027-ci ilə qədər uzadacağına dair razılığa gəldik. Bu müqaviləni rəsmiləşdirməmişik, lakin Hansi sözünün adamıdır. O, Almaniya millisi ilə müqavilə bağladığı üçün “Barsa”nı idarə edə bilməyəcəyini deyərkən bunu daha öncə sübut etdi. Amma o vaxt da düşünürdüm ki, bir gün o, “Barca”nı çalışdıracaq”, - Laporta deyib.
Qeyd edək ki, alman mütəxəssisin hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir.

Verlenin müqaviləsi 2030 cu ilə qədər uzadıldı
17 Aprel 2025 18:51
Dəhşətli fəlakətlərin ANONSU VERİLDİ 2027 ci ilə qədər...
16 Mart 2025 09:27
Sülh müqaviləsi 2027 ci ildən əvvəl də imzalana bilər
03 Fevral 2025 18:17
Kleşenkonun müqaviləsi uzadıldı
02 Yanvar 2025 10:07
Ermənistan sülhü 2027 ci ilə qədər yubatmaq istəyir Elman Nəsirov
03 Fevral 2025 12:22

