“Florida” ardıcıl üçüncü dəfə konfrans finalında!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
MHL-də pley-offun 2-ci mərhələsi başa çatdı.
“Vinnipeq”lə seriyadan qalib ayrılan “Dallas” Qərb konfransında 2-ci finalçı oldu. “Ulduzlar” həlledici oyunda “Edmonton”la qarşışacaq. Maraqlıdı ki, bu iki komanda ardıcıl 2-ci dəfə Qərbin finalında üz-üzə gələcək. Ötənilki finaldan “neftçilər” qalib ayrılmışdı (4:2). “Dallas”ın konfrans yarımfinalında məğlub etdiyi “Vinnipeq”lə bağlı da maraqlı məqam var. İş onadı ki, məhz bu komanda müntəzəm çempionatın qalibi kimi Prezident kubokunu qazanmışdı. Amma Stenli kuboku uğrunda mübarizədən çəkildi. Bu isə o deməkdi ki, Prezident kubokunun qalibi ardıcıl 12-ci dəfə Stenli kubokunu qazana bilməyəcək.
Şərq konfransının ilk finalçısı “Karolina” rəqibini gözləyirdi. Dünən seriyanın 7-ci oyununda “Toronto”nu məğlub edən “Florida” da finala adladı. “Panterz” ardıcıl 3-cü dəfə Şərqin finalında oynayacaq.
17 may
Florida – Toronto 0:2 (0:0, 0:0, 0:2)
Seriyada hesab – 3:3.
18 may
Dallas – Vinnipeq 2:1 ОТ (0:0, 1:1, 0:0, 1:0)
Seriyada hesab – 4:2.
19 may
Toronto – Florida 1:6 (0:0, 0:3, 1:3)
Seriyada hesab – 3:4.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 May 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















