Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Folkner kimi təhdid etmişdi? Xavier Mariasın essesi

Folkner kimi təhdid etmişdi? Xavier Mariasın essesi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Xavier Mariasın "Vilyam Folkner at belində" essesini təqdim edir.

Folkner haqqında ədəbiyyatın dəbdən düşmüş əfsanənəsi belədir ki, o, “Döşəyimdə ölərkən" romanını çox çətin şəraitdə, özü də cəmi altı həftəyə yazıb: gecələri mədəndə işləyərkən, tərs üzünə çevrilmiş bir kömür vaqonunun üstünə səpələdiyi kağız-kuğuza tozlu mədənçi kasketindəki fənərin ölgün işığı düşürmüş. Bu köhnə-külüş əfsanənin yaranma səbəbi görünür odur ki, Folkneri yoxsul, fədakar, bir az da proletar yazıçılar arasında görmək istəyiblər. Bu deyilənlərin içində doğru olan yeganə şey romanın altı həftəyə yazılmış olmasıdır: elektrik enerjisi emal edən bir stansiyada işlədiyi yaz mövsümündə, qazana uzun fasilələrlə kömür atdığı altı həftə boyunca. Folknerin dediyinə görə, həm stansiyada onu narahat edəcək heç kim olmayıb, həm də köhnə və azman dinamonun sürəkli dızıltısı "sakitləşdirici" effekt verirmiş, məkan da "ilıq və səssiz" imiş.

Şübhəsiz ki, əsas məsələ yazıçının yazıb-oxuduğunun havasına düşə bilməsidir. Missisipi Universitenin poçt idarəsində məmur olduğu əvvəlki işindən qovulandan sonra, ona termik stansiyadakı bu təzə işi atası düz-qoş etmişdi. Deyəsən, tələbələrdən biri öz adına yazılan məktubları tapmaq üçün idarənin arxa tərəfindəki zibil qabına atılmış təptəzə poçt çuvallarının içində eşələnəndən sonra son dərəcə haqlı şəkildə Folknerdən şikayət etmişdi. Görünür, Folkner mütaliəsinin bölünməsini sevmirdi; idarə də poçt markasının satışları kifayət qədər aşağı düşmüşdü. Yazıçı ailəsinə vəziyyəti belə açıqlamışdı: kassadakı balaca pəncərənin qabağına getmək üçün dəqiqəbaşı ayağa durmaqdan və marka almağa iki senti olan hər it uşağına mütəşəkkir görünməkdən xoşum gəlmir.

Bəlkə də, Folknerin məktublara olan qərəzi elə orda yaranmışdı. Ölümündən sonra pərəstişkarlarından gələn və üzünü də açmadığı paketlər, məktublar yığını tapıldı. Əslində, ancaq naşirlərdən gələn məktubları min bir zülümlə açırdı: balaca bir deşik açıb içində çek olub-olmadığına baxırdı, yoxsa həmin zərf əbədiyyətə qədər açılmadan kağız yığını içindəki yerini tuturdu.

Çeklərə həmişə böyük maraq göstərirdi, amma elə çıxmasın ki, pulgir, yaxud xəsis adam idi. Səxavətli idi, çünki pulu əlində saxlamaz, növbəti çek gələnə qədər borc içində yaşayardı. Borclarını ödəyər, qalanını da o saat at yarışlarına, tütünə və viskiyə xərcləyərdi. Çox paltarı yox idi, amma olanlar da bahalı parçadan idi. Hələ 19 yaşındaykən geyim-keçim xəstəsi olduğu üçün ona “qraf” ləqəbi qoşmuşdular. Əgər dar şalvarlar dəbə minirdisə, o, yaşadığı Oksford şəhərində (Missisipi əyalətindəki) ən dar şalvarları geyinirdi. Folkner Oksforddan birinci dəfə 1916-cı ildə Torontodakı "Britaniya Krallığı Hava Donanması"nda təhsil almaq üçün çıxmışdı. Rəvayətə görə, yetərli təhsili olmadığı üçün Amerikan Hava Donanmasına, boyu qısa olduğu üçün isə ingilis donanmasına qəbul olunmayanda, hamını təhdid edib ki, gedib alman ordusuna yazılacaq. Başqa bir rəvayətə görə, bir dəfə cavan bir oğlan nəyəsə görə onun ziyarətinə gedir və görür ki, Folkner bir əlində sönmüş tənbəkisini, o biri əliylə isə qızı Cillin mindiyi poninin cilovunu tutub. Cavan qonaq aradakı soyuqluğu ötürmək üçün soruşub ki, qızınız nə vaxtdan ata minir? Folkner uzun fasilədən sonra cavab verib: "Üc ildir", bir az da fasilədən sonra əlavə edib: "Bilirsiniz, bir qadının bilməli olduğu üç şey var: düzünü demək, ata minmək və çek imzalamaq".

Cill Folknerin Esteldən olan birinci qızı deyildi. Estelin ilk evlilikdən iki uşağı da vardı. Folknerin Estellə birinci uşağı doğulandan beş gün sonra ölmüşdü. Adını Alabama qoymuşdular. Qadın hələ yataqda və halsız idi, Folknerin qardaşları şəhərdə deyildilər, uşağı görməyə çatmadılar. Folkner uşaq üçün cənazə mərasimi tərtib etmir və bunu belə izah edir: uşaq fərdə yox, xatirəyə çevriləcək qədər yaşadı. Körpənin ölüsünü balaca bir tabuta yerləşdirdikdən sonra məzarlığa qədər qucağında aparır, tək başına qəbrə qoyur, heç kimə xəbər vermir.

1950-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüləndə, əvvəlcə İsveçə getmək istəməsə də, sonra təkcə getməklə qalmır, “dövlət qulluqçusu" kimi bütün Avropanı və Asiyanı gəzir. Dəvət olunduğu ziyafətlərdən heç vaxt xoşu gəlməyib. Deyirlər ki, fransız naşirinin onun şərəfinə verdiyi bir ziyafətdə jurnalistlərin bütün suallarına yarımçıq cavablar verəndən sonra addım-addım dal-dala getməyə başlayıb və divara söykənib. Jurnalistlər də qərara gəliblər ki, o, artıq düzələn deyil, uzaqlaşıb gediblər. Folkner gedib həyətdə gizlənir. Bəziləri söhbət etmək istədiyini deyib yazıçının dalınca düşsə də, yazıçı tezcə içəri qayıdıb deyirmiş ki, "Çöldə hava soyuqdur."

Folkner qaraqabaq, axırtaxtalı, səssizliyi sevən adam idi və bütün həyatı boyu teatra cəmi beşcə dəfə getmişdi üç dəfə "Hamlet"ə, sonra "Yaz gecəsində yuxu"ya və "Ben-Hur"a, vəssalam. Freydi oxumamışdı, bir dəfə belə demişdi: "Freydi qəti oxumamışam, Şekspir də, Melvil də Freydi oxumamışdılar". Amma hər il "Don Kixot"u oxuyurdu.

Bir qəribə xasiyyəti də bu idi: hamını inandırmaq istəyirdi ki, mən düz danışıram. Nəticə etibarlə axı o, çeklərə olan sevgisini və ata minmək həvəsini bölüşdüyü qadınlar kimi deyildi, elə deyilmi? Həmişə deyirdi ki, ən ticari romanım "Müqəddəs sığınacağı” pul üçün yazmışam: "Yaxşı bir at almaq üçün pul lazım idi." Üstəlik həmişə deyirdi ki, atla gəzmək olmur deyə, böyük şəhərlərə tez-tez gedə bilmirəm. Qocalmağa başlayanda bütün həkimlərin və ailə üzvlərinin xəbərdarlıqlarına baxmayaraq, ata minməyə, maneələrin üstündən tullanmağa davam etdi, həmişə də yıxılırmış. Axırıncı dəfə yenə atdan yıxılır. Arvadı pəncərədən görür ki, at bağça qapısının yanındadı, amma üstündə heç kim yoxdur. Ərini atın üstündə görməyəndə doktor Feliksə zəng vurur və ikisi bir yerdə onu axtarmağa başlayırlar. Onu bir kilometr aralıda axsayarkən, hətta sürünərkən görürlər. Folkner deyirmiş ki, beli üstə yıxıldığım üçün ayağa dura bilmədim. At bir neçə addım atandan sonra dayanıb ətrafına baxıb. Folkner dikəlmək istəyəndə at gəlib burnuyla onu toxunub, yazıçı atın cilovunu tutmaq istəsə də, bacarmayıb. Heyvan görüb ki, sahibi ayağa dura bilmir, evə tərəf götürülüb.

Bu hadisədə ciddi şəkildə zədələnən Folkner, uzun müddət əzablar içində yataqda istirahətə çəkildi, dünyadan köçəndə belə tam özünə gəlməyibmiş. O, vəziyyətinin necə olub-olmadığını öyrənmək üçün yatırıldığı xəstəxanada ölüb. Amma onun atdan yıxıldığı üçün ölməsi ədəbiyyat əfsanəsinə uyğun görülmədi. Onu 1962-ci il, 6 iyulda, 65 yaşına çatmamış trombozdan ölməyə layiq gördülər. Folknerdən soruşanda ki, Şimali Amerikanın ən yaxşı yazıçısı kimdir, o cavab verərdi: hamısı uğursuzdur, ən dəyərli uğursuzluq Tomas Vulfun uğursuzluğudur, ikinci ən böyük uğursuzluq isə Vilyam Folknerə məxsusdur. Bu cümlə heç vaxt dilindən düşmürdü, amma unutmayaq ki, Vulf 1938-ci ildə ölmüşdü, yəni Folkner bu sözləri deyəndə, çoxdan bu dünyadan köçmüşdü.
Tərcümə edən: Qismət Rüstəmov

Sovetə meydan oxuyan, ömrü sürgünlərdə keçən yazıçı - O, Səməd Vurğuna məktubunda nə yazmışdı? Luvr muzeyi yenidən açılır “Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri