Icma.az
close
up
RU
Fon der Lyayen avropalıların əmanətlərinə göz dikdi

Fon der Lyayen avropalıların əmanətlərinə göz dikdi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen avropalıların trilyonlarla avro həcmindəki əmanətlərinin iqtisadiyyata yönəldilməsini təklif edib.

Modern.az xəbər verir ki, o, bu təşəbbüsü cümə axşamı Parisdə keçirilən illik La REF biznes konfransında çıxışı zamanı irəli sürüb.

“Bu gün 10 trilyon avro həcmində əmanət bank hesablarında saxlanılır. Avropanın əmanətlərinin böyük bir hissəsi isə qitəmizdən kənarda investisiya olunur. İndi Avropa bu əmanətləri öz şirkətlərinin inkişafına yönəltməlidir. Bu, “əmanət və investisiya ittifaqı”nın məqsədidir”, – deyə fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Brüssel artıq seküritizasiya, bankların və sığorta şirkətlərinin investisiyaları, eləcə də bazarların inteqrasiyası və onlara nəzarətlə bağlı təkliflər təqdim edib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, bu tədbirlər 470 milyard avroyadək əlavə investisiyanın iqtisadiyyata yönəldilməsinə imkan yarada bilər.

Onun sözlərinə görə, razılaşma ilin sonunadək əldə olunmalıdır. İdeal variant bunun Aİ-nin bütün 27 ölkəsinin iştirakı ilə həyata keçirilməsidir. Lakin zərurət yaranarsa, təşəbbüsü buna hazır olan ölkələrlə də reallaşdırmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri