Icma.az
close
up
RU
Fond beynəlxalq fəaliyyətini daha da genişləndirəcək...

Fond beynəlxalq fəaliyyətini daha da genişləndirəcək...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov İtaliyanın ARDNF-in investisiya portfelindəki mövqeyi, bu ölkədə bərpaolunan enerji mənbələri layihələrinə sərmayə qoyuluşu, fondun Avropa bazarında strateji iştirakını gücləndirmək və növbəti mərhələlərdəki planları ilə bağlı sualları cavablandırıb. SİA AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- ARDNF-in İtaliyada günəş enerjisi portfelindən pay alması hansı amillərlə əsaslandırılıb? Bu portfel fond üçün nə dərəcədə strateji əhəmiyyət daşıyır?

- Dövlət Neft Fondu tükənən təbii resurslardan əldə olunan gəlirləri səmərəli şəkildə idarə etməklə, bu və gələcək nəsillər üçün davamlı iqtisadi fayda yaratmaq məqsədilə təsis edilib. İyirmi beş illik uğurlu fəaliyyəti ərzində fond 66 milyard dollardan çox aktiv toplayaraq Azərbaycanın ÜDM-indən xeyli artıq bir məbləği idarə edir. Fondun əsas strategiyası uzunmüddətli sabitlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Bu yanaşma çərçivəsində ARDNF yüksək səviyyədə şaxələndirilmiş bir portfel formalaşdırıb – 50-dən çox ölkəni, əsas aktiv siniflərini və müxtəlif iqtisadi sahələri əhatə edir. ARDNF yalnız Azərbaycanın rifahına deyil, eyni zamanda, qlobal davamlı inkişafa töhfə verən məsuliyyətli bir investor kimi çıxış edir. Maliyyə bazarlarında uzunmüddətli kapital təminatçısı qismində fond həm sosial, həm də iqtisadi baxımdan müsbət təsir yaradan layihələri dəstəkləməyə davam edir. İtaliya ARDNF üçün mühüm investisiya istiqamətidir. Hazırda portfelimizdə dördüncü ən böyük ölkə mövqeyini tutur. İtaliyaya ümumi investisiyamız təxminən 3 milyard dollara yaxındır və bu vəsaitlər həm ənənəvi maliyyə alətlərinə (dövlət istiqrazları, səhmlər), həm də daşınmaz əmlak, infrastruktur və özəl səhm kimi alternativ aktivlərə yönəlib. Xüsusilə son illərdə İtaliyada özəl bazarların dinamikası artıb, xarici investorlar üçün cəlbedici imkanlar yaranıb. ARDNF olaraq biz bu imkanları kompleks şəkildə yoxlamalar apararaq təhlil edir və risk-gəlir profilimizə uyğun dəyərləndiririk.

Dövlət Neft Fondunun İtaliyada yerləşən 402 meqavatlıq günəş enerjisi portfelində pay əldə etməsi ARDNF-in uzunmüddətli və sabit gəlir axınının təmin edilməsi strategiyasına tam uyğun olmaqla bərabər, həm də fonda Avropa bazarında strateji iştirakını gücləndirməyə və yüksək keyfiyyətli real aktivlərə çıxış imkanlarını artırmağa imkan verir. Bu səbəbdən, ARDNF üçün bu investisiya coğrafi diversifikasiyanın və real aktivlər portfelinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Uzunmüddətli enerji alqı-satqı müqavilələrinə (PPA) əsaslanan bu layihə proqnozlaşdırıla bilən və inflyasiyaya uyğunlaşdırılmış gəlir axınları təmin etməklə fondun maliyyə sabitliyini gücləndirir.

- Dövlət Neft Fondu ənənəvi olaraq daha balanslı investisiya yanaşması ilə tanınır. Bu qərar infrastruktur və bərpaolunan enerji sahələrinə yeni bir yönəlməni ifadə edirmi?

- Bu qərar fondun strateji inkişaf yolunda təbii və mərhələli bir təkamülüdür. ARDNF-in qarşısında duran məqsəd və vəzifələrdən irəli gələrək, risk-gəlir profili baxımından balanslı investisiya portfelinin qurulması fond üçün rəhbər prinsip olaraq qalır. Onu qeyd edim ki, investisiya portfelini ən qabaqcıl təcrübələrə və peşəkar idarəetmə prinsiplərinə əsaslanaraq quran ARDNF gələcəkyönümlü qlobal institusional investor olaraq makroiqtisadi trendləri, o cümlədən, enerji keçidi, rəqəmsallaşma və nəqliyyat-logistika kimi sahələri izləyir. Bu çərçivədə xüsusilə son zamanlarda müştərək və birbaşa strateji investisiya imkanlarını dəyərləndirməyə davam edir. “Enfinity Qlobal” şirkəti ilə birgə həyata keçirdiyimiz bu layihə isə fondun uzunmüddətli sabit gəlir axınları, inflyasiyaya qarşı qorunma və iqtisadi dayanıqlılıq təmin edən aktiv siniflərinə, xüsusilə bərpa olunan enerji və infrastruktur sahələrinə artan marağının bir göstəricisidir.

Bundan əlavə bildirim ki, belə sahələrdə iştirakımız yalnız seçici əsaslarla və etibarlı tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilir.

- Bu sərmayə Azərbaycanın Avropa İttifaqı, xüsusilə İtaliya ilə iqtisadi münasibətlərinə necə təsir göstərəcək?

- Azərbaycan və İtaliya arasında əməkdaşlıq tarixən enerji sektoruna, xüsusilə karbohidrogen sahəsinə əsaslanıb. Lakin bugünkü reallıqlar və ortaq maraqlar bizi daha yaşıl, diversifikasiya olunmuş əməkdaşlığa istiqamətləndirir. Sözügedən investisiya İtaliyanın artan enerji tələbatının qarşılanması üçün rəqabətqabiliyyətli və təmiz enerji təchizatına töhfə verir və eləcə də, yerli iqtisadi inkişafın və əhalinin enerji təminatının dəstəklənməsinə xidmət edir. Bu investisiya nəticəsində hər il təqribən 685 milyon kilovat/saat təmiz enerji istehsalı və 185 min tonadək karbon emissiyasının azaldılması nəzərdə tutulur. Həmçinin, bu tərəfdaşlıq İtaliyanın milli dekarbonizasiya səylərini və Avropa İttifaqının idxal olunan ənənəvi yanacaqlardan asılılığı azaltmaq, bərpa olunan enerjiyə keçidi sürətləndirmək və Avropanın enerji müstəqilliyini və iqlim davamlılığını gücləndirmək məqsədilə hazırlanmış “REPowerEU” planını dəstəkləyir.

- Növbəti mərhələlərdə fond hansı istiqamətlərə fokuslanacaq?

- ARDNF-in fəaliyyət strategiyası uzunmüddətli sabitlik, dayanıqlılıq, indiki nəslin rifahı və gələcək nəsillər üçün sərvət yaratmaq üzərində qurulub. Bu çərçivədə fond ölkənin iqtisadi sabitliyinə töhfə vermək və sosial rifah proqramlarını dəstəkləmək məqsədilə dövlət büdcəsinə ayrılan transfertləri hər zaman vaxtında və tam şəkildə həyata keçirməyə davam edəcək. Eyni zamanda, Dövlət Neft Fondunun maliyyələşdirdiyi və sosial sahəyə yönəlmiş layihələrdən biri kimi gənclərin xaricdə təhsili üzrə dövlət proqramlarını xüsusi vurğulamaq istərdim. Bu proqramlar Azərbaycan vətəndaşlarının dünyanın qabaqcıl universitetlərində bakalavr və magistratura səviyyəsində təhsil almalarını dəstəkləyir. Məqsəd gələcək peşəkar liderlərin yetişdirilməsi və ölkənin insan kapitalının gücləndirilməsidir. ARDNF bu təşəbbüsün maliyyələşdirilməsini davam etdirir və bu layihəni ölkənin inklüziv inkişaf modelinin mühüm hissəsi hesab edir.

Bundan əlavə, fond beynəlxalq maliyyə mühitində çevik və strateji oyunçu olaraq fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Portfelin daha da şaxələndirilməsi, xüsusilə real aktivlər, infrastruktur və bərpaolunan enerji sahələrində bu istiqamətdə əsas prioritetlərdəndir. ARDNF texnologiya və rəqəmsallaşma kimi sahələrdə qlobal transformasiyaları diqqətlə izləyərək uzunmüddətli, qeyri-spekulyativ, strateji investisiya imkanlarını araşdırmağa davam edəcək. Bu çərçivədə ARDNF gələcəkdə də müxtəlif regionlarda, xüsusilə inkişaf etmiş və davamlılıq prinsiplərinə üstünlük verən bazarlarda bərpaolunan enerji, infrastruktur və texnologiya sahələrində oxşar layihələrə qoşulmağı hədəfləyir. Bizim üçün əsas məqsəd yalnız maliyyə gəlirliliyi deyil, həm də gələcək nəsillər üçün dəyər və dayanıqlılıq yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri