MAZ Azərbaycanda fəaliyyətini genişləndirəcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Minsk Avtomobil Zavodu"nun (MAZ) istehsal etdiyi texnikanın Azərbaycanda irəlilədilməsi üçün hərtərəfli dəstək göstəriləcək.
“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç MAZ-ın rəhbərliyi ilə keçirdiyi görüşdə deyib.
Görüş zamanı müəssisənin baş direktoru Valeri İvankoviç səfirə Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti, həmçinin yanğınsöndürmə və kommunal texnikanın tədarükü layihələri haqqında məlumat verib.
Qeyd edək ki, "Minsk Avtomobil Zavodu" yük, sərnişin, qoşqu və xüsusi texnika istehsalında ixtisaslaşıb. MAZ-ın Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir və “Gəncə Avtomobil Zavodu” ilə əməkdaşlıq əlaqələrini fəal şəkildə inkişaf etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 27 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















