Icma.az
close
up
RU
Formula 1 10 il Turizmə və biznesə töhfəsi

Formula 1 10 il Turizmə və biznesə töhfəsi

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il Bakıda “Formula 1” tarixinin əlamətdar mərhələlərindən biri olacaq — Azərbaycan Qran-prisi şəhərdə onuncu dəfə keçiriləcək. Geridə qalan on il ərzində Qran-pri təkcə böyük beynəlxalq idman tədbirinə deyil, həm də turizm, yerli biznes, insan kapitalı və Bakının beynəlxalq tanıtımı üçün mühüm platformaya çevrilib.

“Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

“Formula 1”in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir. Əminəm ki, yubiley Qran-prisi 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq, Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə və Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək”, — deyə gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Beynəlxalq maraq ildən-ilə artır

Azərbaycan Qran-prisinin Bakıya gətirdiyi beynəlxalq auditoriya ildən-ilə genişlənir. Yarış üçün ölkəyə gələn xarici qonaqlar hotellərdən, restoranlardan, nəqliyyatdan və digər xidmətlərdən istifadə edir, eyni zamanda şəhərin turistik məkanlarını ziyarət edirlər. Qran-pri bununla da turizm və xidmət sektoruna əlavə dinamika gətirir.

2025-ci ildə Azərbaycan Qran-prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonaq səfər edib. Biletlər dünyanın 115 ölkəsində satılıb, yarış həftəsonu ərzində isə 90 mindən çox ziyarət qeydə alınıb.

2026-cı ildə də xarici azarkeşlərin marağı yüksək olaraq qalır. Yubiley Qran-prisi üçün xarici qonaqlara satılan biletlərin sayı artıq 2025-ci ilin göstəricisini keçib.

“Formula 1”in xarici auditoriya üçün Bakıya səfər etmək qərarındakı rolu 2024-cü ilin göstəricilərində də özünü göstərir. Həmin il Qran-priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Xarici azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula 1 olduğunu bildirib.

Qran-prinin təsiri yalnız turist axını ilə də ölçülmür. Yarışa hazırlıq prosesi də yerli şirkət və mütəxəssislərin cəlb olunduğu genişmiqyaslı işlərin həyata keçirilməsini tələb edir. Bu isə “Formula 1”in Bakıda yaratdığı imkanların ilboyu daha geniş peşəkar və iqtisadi ekosistemə yayıldığını göstərir.

Aylarla davam edən hazırlıq

Qran-priyə hazırlıq bir neçə ay davam edir və müxtəlif sahələrdə çalışan minlərlə insanı bir araya gətirir. Yarış infrastrukturunun qurulması və sökülməsi işlərinə 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı cəlb olunur. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal çalışır.

On il ərzində yarışın təşkili və hazırlıq prosesi də əhəmiyyətli dərəcədə təkmilləşib. Yerli şirkət və mütəxəssislərin rolu artıb, ilk illərdə əsasən xarici mütəxəssislərin gördüyü bir sıra işlər bu gün tamamilə yerli kadrlar tərəfindən həyata keçirilir. Toplanan təcrübə və müasir texnologiyaların tətbiqi hazırlıq prosesinin daha səmərəli təşkilinə imkan verib.

“Ötən illər ərzində Bakıda “Formula 1” yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq. Müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətini 12 aydan təxminən dörd aya endirə bilmişik. Eyni zamanda, yarışdan sonra şəhərin gündəlik həyatının mümkün qədər tez bərpa olunması bizim üçün vacibdir. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan cəmi 12 saat sonra aradan qaldırılıb.

Şəhərin gündəlik həyatına təsiri nəzərə alaraq, 2023-cü ildən etibarən Qran-pri həftəsində sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizləri təşkil olunur. Bu dəhlizlər vasitəsilə bəzi yollar səhər və axşam müəyyən saatlarda nəqliyyatın hərəkətinə açılır. 2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizi təşkil olunacaq.

Qran-priyə marağın artması ilə tamaşaçı tutumunu da genişləndirmişik. Son üç ildə dörd yeni tribuna inşa etmişik və bununla tamaşaçı yerlərinin sayını 6 mindən çox artırmışıq. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür. Bu da Azərbaycandan və xaricdən daha çox azarkeşi qəbul etməyə imkan verir”, — Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib.

Bakı dünyanın diqqətində

Azərbaycan Qran-prisinin təsiri iqtisadi göstəricilərlə məhdudlaşmır. Yarış hər il Bakını beynəlxalq idman və media gündəminə çıxarır, şəhərin tanıdılması üçün geniş imkan yaradır.

“Formula 1”in rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. Qran-pri həftəsində bu böyük beynəlxalq platformanın diqqəti Bakıya yönəlir. Yarışı işıqlandıran media nümayəndələri və beynəlxalq yayımçılar trekdə baş verənlərlə yanaşı, şəhərin tarixi və müasir simasını da öz auditoriyalarına təqdim edirlər.

2025-ci ildə Azərbaycan Qran-prisini yerində təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Televiziya yayımları, xəbər materialları və rəqəmsal kontent vasitəsilə Bakı dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya təqdim olunub.

Bunun konkret nümunələrindən biri ABŞ televiziya auditoriyasının göstəriciləridir. 2025-ci ildə Azərbaycan Qran-prisinin ESPN-də canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı yarışı üçün ABŞ televiziyasında qeydə alınmış ən yüksək auditoriya göstəricisidir. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı.

Beləliklə, “Formula 1” Bakı üçün yalnız beynəlxalq idman yarışı deyil, həm də şəhərin dünya miqyasında tanıdılması, onun haqqında marağın artırılması və Bakının beynəlxalq idman şəhəri kimi mövqeyinin gücləndirilməsi üçün mühüm platformadır.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri