Icma.az
close
up
RU
“Formula 1” Bakıya 30 milyon dollardan çox gəlir gətirəcək

“Formula 1” Bakıya 30 milyon dollardan çox gəlir gətirəcək

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisini tribunadan 20 mindən çox azarkeş canlı izləyə biləcək. Yarışa göstərilən böyük marağı nəzərə alaraq, əlavə iki tribuna inşa olunub və ümumi tutum 20 113 tamaşaçıya çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, qonaqlar arasında 13 mindən çox xarici turistin də olması gözlənilir. Rəsmi statistikaya görə, hər bir turist ölkəmizdə orta hesabla 5 gecə qalır və bu müddət ərzində 2 200 dollardan çox vəsait xərcləyir. Bu isə ən minimal hesablamalara görə, yalnız xarici qonaqların Azərbaycan iqtisadiyyatına 30 milyon dollardan artıq vəsait qoyması deməkdir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov hesab edir ki, "Formula-1" yarışları təkcə turizm sektoruna deyil, həm də ölkənin beynəlxalq sərmayə imkanlarının genişlənməsinə mühüm töhfədir:

""Formula-1" yalnız hotellərin, restoranların və xidmət sahələrinin gəlirlərini artırmır, həm də yüksəkgəlirli qonaqların ölkəmizə gəlməsi ilə elit turizmin inkişafına səbəb olur. Hər gələn turist isə öz ölkəsinə qayıtdıqda Azərbaycan haqqında müsbət təəssüratlarını bölüşür və bu, yeni turist axınını stimullaşdırır”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Viza Turizm Komitəsinin üzvü Vüsal Hacıyev isə hesab edir ki, uzunmüddətli müqavilə imzalanarsa, turizmə təsir daha da güclənəcək:

"Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq tanıtımına misilsiz töhfə verir. Bakının küçələri ilə şütüyən sürət maşınlarını izləmək turistlər üçün böyük maraq kəsb edir. Üstəlik, hər il dünyasəviyyəli ulduzların iştirakı ilə təşkil olunan konsertlər şəhərə gələnlərin sayını artırır. Buna görə də mövcud müqavilənin uzadılması turizm sektoruna daha çox fayda gətirəcək və ölkəmizə gələn turistlərin sayını ildən-ilə artıracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri