Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Formula 1 üçün Bakıya 13 mindən çox turist GƏLİB

Formula 1 üçün Bakıya 13 mindən çox turist GƏLİB

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

19-21 sentyabr tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi keçirilib. Yarışı canlı izləmək üçün dünyanın müxtəlif ölkələrindən minlərlə turist Bakıya axışıb.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Formula 1 üçün ölkəmizə gələn turistlərin sayı 13 min nəfərdən çox olub.

Onu da qeyd etmək yerinə düşər ki,  Formula 1 üzrə Azərbaycan Qran Prisinin müddəti daha 4 il uzadılıb. Yarışlar 2030-cu ilədək Bakıda keçiriləcək.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov bildirib ki, Azərbaycanda “Formula 1”in  keçirilməsinin turizmə böyük faydası var:

“Formula 1"in keçirilməsinə yalnız bir neçə günlük tədbir kimi baxmaq olmaz. Məsələyə daha geniş yanaşmaq lazımdır. Çünki turistlər öz ölkələrinə qayıtdıqda Azərbaycanın turizm potensialı, mətbəxi və tarixi haqda məlumatları bölüşürlər. Nəticə etibarilə yeni turistlərin gəlməsinə səbəb olurlar. Paralel olaraq tədbir zaman dünya mediası Azərbaycana fokuslanır. Bu turizm potensialımızı xarici auditoriyaya yönəltməyimiz baxımından əlveişli mühit yaradır. "Formula 1" dünyada populyar idman növlərindən biridir.  Bu idman yarışının öz ərazisində keçirilməsinin arzusunda olan ölkələr var. Çünki bu yarış heç də bütün ölkələrdə keçirilmir”.

Parlamentari vurğulayıb ki,  burada  infrastrukturun düzgün qurulması, iqtisadi dayanıqlılıq, təhlükəsizlik məsələləri, sabitlik kimi nüanslar böyük rol oynayır:

“Formula 1"in respublikamızda keçirilməsi ölkəmizin güclü iqtisadiyyata malik olmasının, turizm potensialının, eləcə də sabitlik və təhlükəsizlik məsələlərinin yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər də bunun əyani sübutudur. "Formula 1"ə görə turistlərin sayı artır. Şəhərin turistlərlə dolu olmasını, eləcə də "Formula 1" üçün qurulan yerlərdə oturacaqların hamısının dolu olduğunu müşahidə etdik. "Formula 1"in müddətinin uzadılması çox yaxşı xəbər oldu”.

Turizm eksperti Ceyhun Aşurov vurğulayıb ki, biletlərin 80%-dən çoxunun əcnəbi turistlər tərəfindən alınması sevindirici haldır:

“Builki formula yarışları da əvvəlki illərdə olduğu kimi kifayət qədər aktiv keçdi. Sevindirici haldır ki, biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınır. Biletlər tam olaraq satılır. "Formula 1" yarışlarının uğurlu keçirilməsi səbəbindən artıq əlaqəli qurumlar onun ölkəmizdə keçirilmə müddətini 2030-cu ilə qədər uzadıb. Nəzərə alaq ki, "Formula 1"in 90 milyondan çox auditoriyası var. Azərbaycan, Bakı turizm destinasiyası kimi bu qədər şəxsin diqqət mərkəzində olur. Düşünürəm ki, yarışın turizmə faydası çoxdur”.

Ekspert qeyd edib ki, “Formula 1”in  davamlılığı ildən-ilə onun populyarlığını artırır:

“Bu öz təsirini turistlərin sayının artmasında da göstərəcək. Əlavə olaraq qeyd etmək istərdim ki, turistlər yalnız "Formula 1"ə görə gəlmir. Onlar eyni zamanda Bakını və yaxın rayonları gəzmək imkanı əldə edirlər. Turizmin digər məhsullarından istifadə etmiş olurlar. Nəticədə, bu ölkəyə valyuta daxilolmalarına müsbət təsir göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri