Icma.az
close
up
RU
“Formula 1“ bu il Bakıya 13 mindən çox turist gətirir İqtisadi fayda 30 milyon dolları ötəcək

“Formula 1“ bu il Bakıya 13 mindən çox turist gətirir İqtisadi fayda 30 milyon dolları ötəcək

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisini tribunadan 20 mindən çox azarkeş canlı izləyə biləcək. Yarışa göstərilən böyük marağı nəzərə alaraq, əlavə iki tribuna inşa olunub və ümumi tutum 20 113 tamaşaçıya çatdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, qonaqlar arasında 13 mindən çox xarici turistin də olması gözlənilir. Rəsmi statistikaya görə, hər bir turist ölkəmizdə orta hesabla 5 gecə qalır və bu müddət ərzində 2 200 dollardan çox vəsait xərcləyir. Bu isə ən minimal hesablamalara görə, yalnız xarici qonaqların Azərbaycan iqtisadiyyatına 30 milyon dollardan artıq vəsait qoyması deməkdir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov hesab edir ki, "Formula-1" yarışları təkcə turizm sektoruna deyil, həm də ölkənin beynəlxalq sərmayə imkanlarının genişlənməsinə mühüm töhfədir:

""Formula-1" yalnız hotellərin, restoranların və xidmət sahələrinin gəlirlərini artırmır, həm də yüksəkgəlirli qonaqların ölkəmizə gəlməsi ilə elit turizmin inkişafına səbəb olur. Hər gələn turist isə öz ölkəsinə qayıtdıqda Azərbaycan haqqında müsbət təəssüratlarını bölüşür və bu, yeni turist axınını stimullaşdırır".

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Viza Turizm Komitəsinin üzvü Vüsal Hacıyev isə hesab edir ki, uzunmüddətli müqavilə imzalanarsa, turizmə təsir daha da güclənəcək:

"Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq tanıtımına misilsiz töhfə verir. Bakının küçələri ilə şütüyən sürət maşınlarını izləmək turistlər üçün böyük maraq kəsb edir. Üstəlik, hər il dünyasəviyyəli ulduzların iştirakı ilə təşkil olunan konsertlər şəhərə gələnlərin sayını artırır. Buna görə də mövcud müqavilənin uzadılması turizm sektoruna daha çox fayda gətirəcək və ölkəmizə gələn turistlərin sayını ildən-ilə artıracaq."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri