“Formula 1” çempionunun qazancı açıqlandı 26 milyon avro
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mercedes” komandasının italiyalı pilotu, “Formula-1” üzrə 2026-cı il mövsümünün çempionu Andrea Kimi Antonellinin illik qazancı 26 milyon avro (49,4 milyon manat) təşkil edəcək.
İdman.Biz fransalı jurnalist Mark Limaşeyə istinadən xəbər verir ki, 20 yaşlı sürücü bu məbləğin 20 milyon avrosunu (38 milyon manat) çempionluq bonusu, altı milyon avrosunu (11,4 milyon manat) isə əsas əməkhaqqı kimi alacaq.
Müqayisə üçün, Antonellinin debüt etdiyi 2025-ci ildə gəliri doqquz milyon avro (17,1 milyon manat) qiymətləndirilib. Buraya “Mercedes”in Konstruktorlar Kubokunda ikinci yeri tutmasına görə verilən altı milyon avroluq mükafat da daxil olub.
Mənbənin məlumatına görə, Almaniya komandası qışda italiyalı pilotla 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalaya bilər. Bu halda onun illik əməkhaqqı 25-35 milyon avro (47,5-66,5 milyon manat) arasında dəyişə bilər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Antonellinin komanda yoldaşı Corc Rassellin 2026-cı ildəki gəliri isə 35 milyon avro (66,5 milyon manat) qiymətləndirilir. Limaşeyin sözlərinə görə, britaniyalı pilotun müqaviləsində qazancın komanda yoldaşı ilə müqayisədə göstərdiyi nəticələrdən asılılığı nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Noyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















