Formula 1 : Monako Qran prisinin qalibi məlum oldu
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Formula-1" üzrə 2026-cı il mövsümünün 6-cı mərhələsi - Monako Qran-prisi başa çatıb.
Avtosfer.az xəbər verir ki, yarışda qələbəni "Mercedes" pilotu Kimi Antonelli qazanıb.
O, liderliyini qoruyaraq finişə birinci çatıb və ardıcıl 5-ci qələbəsini əldə edib.
İkinci yeri "Ferrari"dən Lyuis Hemilton tutub. O, qalibdən 6.271 saniyə geri qalıb.
Üçüncü yerə "Red Bull" pilotu İsak Hadjar sahib çıxıb.
Qeyd edək ki, yarışın sonunda nəticələrdə dəyişikliklər olub: Pyer Qasli əvvəlcə üçüncü olsa da, 5 saniyəlik cəza səbəbi ilə 7-ci yerə düşüb. Niko Hülkenberq isə Karlоs Saynsla insidentə görə 10 saniyəlik cəza alıb. Serxio Peres xal zonasına düşsə də, yarışdan sonra stüardlara çağırılıb.
Ümumilikdə 7 pilot finiş xəttini görə bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















