“Sabah”ın futbolçusu Norveçdə qalmaqala səbəb oldu “Qəsdən etdim”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə 1:4 uduzduqları matçda qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, həmin oyunda Norveç klubunun futbolçuları komanda yoldaşlarının zədələnməsindən sonra topu auta çıxarıb.
Daha sonra Puxaç feyr-pleyə əməl etməyərək topu rəqibə qaytarmayıb. 27 yaşlı futbolçunun bu davranışı norveçli azarkeşlərin narazılığına səbəb olub. Onlar həmin dəqiqədən etibarən Puxaçın hər hərəkətini fitə basıblar. Bundan başqa onun matçdan sonra verdiyi açıqlama daha çox qalmaqala səbəb olub. Puxaç hərəkətini qəsdən etdiyini və üzr istəməycəyini bildirib.
O, norveçli jurnalistin sualına belə cavab verib: “Bəli, bunu qəsdən etdim. Məni komandamın qələbəsi maraqlandırır”.
Norveç mətbuatı isə hələ də Puxaçı tənqid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 06 Noyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















