Icma.az
close
up
RU
Fotoqraf uşaqların davasına qurban getdi Qobu Park dakı qətlin TƏFƏRRÜATI

Fotoqraf uşaqların davasına qurban getdi Qobu Park dakı qətlin TƏFƏRRÜATI

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

CİNAYƏT İŞİ

Qısa arayış…

2024-cü il avqustun 5-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları məlumat əsasında əraziyə yollanır. Məlum olur ki, hadisə “Qobu Park 3’’ yaşayış kompleksində, 37 nömrəli binanın yanında baş verib. Həmin binanın 52 nömrəli mənzilində, divanda 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun meyiti aşkar edilib.
Cinayəti törədən Füzuli rayon sakini 1990-cı il təvəllüdlü Nahid Həsənov saxlanılıb. 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 4-də səhər Bəhruz Məmmədovun bacısı oğlu Əbəlfəz Muradlı ilə Nahid Həsənovun oğlu Osman Həsənov arasında kompleksin həyətində dava olub. Bəhruz Məmmədov zəng edib bu məsələni aydınlaşdırarkən, onun qızını söyüb. Buna görə Nahid Həsənov qonşusunu cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə onlar saat 21 radələrində 37 nömrəli binanın yanında görüşüblər. Nahid əlbəyaxa olan zaman bıçaqla Bəhruz Məmmədovun kürəyinə bir dəfə zərbə endirib. Nəticədə Məmmədov ölüb.
İş üzrə dindirilmiş Nahid Həsənov bildirib ki, Bəhruz Məmmədovla məktəbdə bir sinifdə oxuyub, aralarında ədavət olmayıb, onu öldürmək niyyəti olmayıb. Bəhruz fotoqraf kimi fəaliyyət göstərib:

Nahid Həsənov

“Avqustun 4-də işdən evimə gələndə, məhəllədə oynayan oğlum Osman Bəhruzun bacısıoğlu tərəfindən döyüldüyünü dedi. Həmin uşağa dedim ki, bir daha belə şikayət eşitsəm, onu cəzalandıracam. Bəhruz zəng edib söhbət etmək üçün məni stadionun yanına çağırdı. Hadisə yerinə çatan kimi Bəhruz yumruqla sinəmə zərbə vurdu. Ayağımdan tutub qaldıraraq məni yerə çırpdı. Mübahisə zamanı bıçaqdan istifadə etməkdə məqsədim məndən güclü olan tanışımı qorxutmaq idi. Fərdi qaydada usta işlədiyimdən daim cibimdə bıçaq gəzdirirdim.

Kənar şəxslər bizi ayırsa da, Bəhruz yenidən üzərimə gəldi. Bu zaman bıçağı çıxarıb ona zərbə endirdim. Dəfələrlə zərbələr vurmaq imkanım olsa da, bunu etmədim. Sonra hər ikimiz hadisə yerindən uzaqlaşdıq. Məktəbin yanında məhləllədə yaşayan bir nəfərə avtomobilimin açarını verib xahiş etdim ki, maşını sürüb yanıma gətirsin. Qardaşım Cahidə zəng edib, hadisə barədə məlumat verdim və Binəqədi ərazisində yaşayan dayımın yanına yollandım. Qardaşım Bəhruzgilə gedib onun yaralı halda divanda uzandığını görüb. Bəhruz Cahidə tutulmağımı istəmədiyi üçün təcili yardıma məlumat vermək istəmədiyini bildirdi. Təxminən 2 saatdan sonra qardaşım zəng vurub Bəhruzun öldüyünü xəbər verdi. Bundan sonra polis əməkdaşı zəng edib məni şöbəyə çağırdı”.


Zərərçəkmiş şəxsin hüquqi varisi Aytəkin Muradova ifadəsində göstərib ki, işdən gələndə evdə ərini, qardaşı Bəhruzu və Nahidin qardaşı Cahidi görüb: 

“Qardaşımın bıçaqlandığını öyrəndim. Cahid Bəhruza təcili tibbi yardım çağırmasını bildirsə də, qardaşım razılaşmadı. Bir müddətdən sonra qardaşımın halı pisləşəndə, Cahidin təkidi ilə 103 xidmətinə zəng edib məlumat verdibk. Amma artıq Bəhruzun həyatını xilas etmək mümkün olmadı”.


Şahid Əbəlfəz Muradlı ifadəsində göstərib ki, avqustun 4-də oynamaq üçün binanın həyətinə düşüb:

“Həmin vaxt anam işdə idi, evdə dayım Bəhruz, atam Fariz və qardaşım vardı. Nahidin oğlu Osmanla münasibətim yaxşı deyildi, tez-tez dalaşırdıq. Davalarımıza Osmanın məni söyməsi, heç bir səbəb olmadan mənə sataşması səbəb olurdu. Həmin gün də həyətdə topla oynayanda, məhlə uşağı yaxınlaşaraq ata-anamı söydü. Buna görə, Osmanı vurdum. Nahid Həsənov işdən gələndə Osman qaçıb bu barədə atasına dedi. Həmin şəxsə pilləkəndə dayanaraq, bir də Osmanı vursam, məni döyəcəyini bildirdi. Nahid Həsənova Osmanın məni söydüyünü desəm də, o qulaq asmayaraq, binanın blokuna girdi.

Sonra evə gələrək, Nahidin dediklərini atama və dayıma danışdım. Dayım Bəhruz da Nahidə zəng edərək, onunla mübahisə etməyə başladı. Qışqıraraq, bir-birilərini söydülər. Telefonu götürən atam Fariz Nahidə mənim uşağım nadincdirsə, sənin oğlun tərbiyəsizdir dedi. Bir müddətdən sonra dayım evdən çıxdı. Sonra qayıdaraq, su içdi və divanda uzandı”.


Məhkəmə iclasında Nahid Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə qənaətə gəlib ki, Nahid Həsənovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Məhkəmə Nahid Həsənovun himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Bəhruz Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri