Fotoşop yoxsa plastik əməliyyat? Lohanın fotoları müzakirə yaratdı
Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fotoşop yoxsa plastik əməliyyat? - Lohanın fotoları müzakirə yaratdı
Hollivud aktrisası Lindsey Lohanın yeni görünüşü müzakirələrə səbəb olub.
OLAY yazır ki, buna səbəb 38 yaşlı sənətçinin instaqram səhifəsində “Qlamur vaxtıdır” şərhi ilə yayımladığı yeni fotolar olub.
Sosial şəbəkə əhli Lindseyin fotolarda gözəlliyini şübhə altına alıblar. İzləyicilərin bir hissəsi Lohanın fotoşop proqramı ilə özünü gözəlləşdirdiyini iddia ediblər.
Digər izləyicilər isə aktrisanın plastik əməliyyat keçirdiyini yazaraq “Həkiminiz kimdir?!” şərhi ilə Lindseyə sual ünvanlayıblar.
Lakin aktrisa haqqında yazılan bu kimi şərhlərə cavab verməyib.
Xatırladaq ki, daha əvvəl bir cərrahiyyə mütəxəssisi Lindsiyə qaş qaldırma, endoskopik üz gərmə və submental liposaksiya etdirdiyini iddia etmişdi. Bəziləri Lohanın blefaroplastika etdirdiyinə və onun çillərini sildiyinə də inanıb.
Qeyd edək ki, 2000-ci illərdə qalmaqallı davranışları ilə məşhurlaşan Lindsi hazırda əri, ərəb maliyyəçisi Bader Şammas və oğlu Louai ilə sakit həyat sürür.



Baxış sayı:147
Bu xəbər 24 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















