Françesko Korvaro: İqlim və sülh naminə hərəkət etməyin vaxtı çatıb
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqlim dəyişikliyini sülh olmadan dayandırmaq mümkün deyil. Məhz buna görə də Bakının iqlim və sülh məsələlərini birləşdirən təşəbbüsü böyük əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iqlim və sülh naminə hərəkət etməyin vaxtı çatıb.
"Biz hərəkət etməliyik. Hesab edirəm ki, bu platforma məqsədlərimizə çatmaq üçün çox faydalı ola bilər. Eyni zamanda, digər ölkələri düşünməyə vadar edə bilər. İqlim və sülh, eləcə də iqlim və təhlükəsizlik qlobal problemdir. Gələcəkdə bu, xüsusilə də uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları tapmasaq ciddi problemə çevrilə bilər", - Korvaro vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















