Icma.az
close
up
RU
Frank De Bleker Azərbaycandakı iş dönəmini dəyərləndirib

Frank De Bleker Azərbaycandakı iş dönəmini dəyərləndirib

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Frank De Bleker Azərbaycandakı iş dönəmini dəyərləndirib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında baş katibin müşaviri və Hakimlər Komitəsinin sədri kimi fəaliyyətini başa vuran belçikalı FİFA referisi Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb.

QOL.az xəbər verir ki, De Bleker məktubunda Azərbaycanda çalışdığı iki illik dövrü dəyərləndirib, bu müddətdə əldə olunan uğurlardan bəhs edib, birlikdə çalışdığı hakimlərə, Hakimlər Departamentinə və AFFA rəhbərliyinə minnətdarlığını ifadə edib. Frank De Blekerin məktubunu təqdim edirik:

“İki illik əməkdaşlıqdan sonra mənə ölkənin ən yaxşı hakimləri ilə işləmək imkanı yaratdığı üçün AFFA-ya səmimi təşəkkürümü bildirirəm. Bu müddət ərzində birlikdə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm uğurlara imza atdıq. İki hakimimizin UEFA-nın Birinci Kateqoriyasına yüksəlməsi ilə tarix yazdıq, UEFA Superkuboku və UEFA Çempionlar Liqası oyunlarına təyinatlar əldə etdik, seminarlarımızda UEFA-nın Hakimlik üzrə Mütəxəssisləri Byorn Kuypers və Karlos Velaskonu qonaq etdik.

Həmçinin tariximizdə ilk dəfə olaraq dörd FİFA hakimi, iki əlavə köməkçi hakim və üç FİFA VAR hakiminə sahib olduq. Bütün bu uğurları birlikdə qazandıq və əldə etdiyimiz nəticələrlə qürur duyuram. AFFA-ya, Hakimlər Departamentinə və bütün oyun rəsmilərinə təşəkkür edirəm. Sizinlə işləmək mənim üçün böyük şərəf idi. İndi isə fəaliyyətimdə yeni bir səhifə açaraq Serbiyada RefCo-nun sədri vəzifəsinə başlayıram. Sonda isə futbola və hakimliyə ən uyğun ifadələrdən biri ilə sözümü bitirmək istərdim: Futbolda və hakimlikdə biz heç vaxt vidalaşmırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Avqust 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri