Icma.az
close
up
RU
Frank De Bleker hakimləri haqlı çıxartdı

Frank De Bleker hakimləri haqlı çıxartdı

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis “İmişli” – “Zirə” və “Sabah” – “Sumqayıt” qarşılaşmalarında diqqət çəkən məqamlara toxunub.

Həmin oyunlarda qeydə alınan mübahisəli məqamları təqdim edirik:

“İmişli” – “Zirə”

36-cı dəqiqə
Top oyunda olarkən “Zirə”nin 4 nomrəli futbolçusu “İmişli”nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələdi. Hakimlər briqadası bu epizodu görmədi. VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi. (TV görüntülərində təmas nöqtəsi aydın görünmür)
Gözləntimiz “Zirə” futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, “İmişli”nin lehinə cərimə zərbəsi təyin olunması idi. Əgər təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir.

“Sabah” – “Sumqayıt”

16-cı dəqiqə
Top “Sabah”ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra “Sumqayıt”ın futbolçusuna (№80) qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim “Sabah”ın futbolçusuna (№11) sarı vərəqə göstərdi.

Bu, düzgün qərardır, çünki “Sabah”ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur.

Əgər təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.

45+2-ci dəqiqə
Hücum zamanı “Sabah”ın futbolçusu (№21) cərimə meydançasında topu yaxın məsafədən “Sumqayıt”ın müdafiəçisinin qoluna vurdu. “Sumqayıt”ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin, o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi.

78-ci dəqiqə
Hücum zamanı “Sabah”ın hücumçusu (№20) qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında “Sabah”ın oyunçusunun (№5) topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın oyunçusunun (№21) ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir.
Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın oyunçusuna (№5) sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

90+2-ci dəqiqə
“Sabah”ın hücumu zamanı hücumçu (№20) cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub.

Qaydalar bunu deyir: əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri