Icma.az
close
up
RU
Fransa Alplarında iki britaniyalı xizəkçinin toqquşması nəticəsində bir nəfər ölüb AZƏRTAC

Fransa Alplarında iki britaniyalı xizəkçinin toqquşması nəticəsində bir nəfər ölüb AZƏRTAC

London, 15 yanvar, AZƏRTAC

Fransa Alplarında britaniyalı qadın digər britaniyalı xizəkçi ilə toqquşma nəticəsində həyatını itirib.

AZƏRTAC xəbər verir ki, 62 yaşlı qadın Savoie bölgəsindəki Les Arcs kurortunda baş verən qəza zamanı ağır xəsarət alıb. Qəzanın qara eniş adlanan Aiguille Rouge dağının yamacında baş verdiyi bildirilir. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadını xilas etməyə çalışsa da o, aldığı travmatik şok nəticəsində hadisə yerində dünyasını dəyişib.

Hadisədə iştirak edən digər britaniyalı, 35 yaşlı kişi isə yamacda dayanıqlı vəziyyətdə olub və ayağından sınıq xəsarəti alıb. O, təcili olaraq bölgədəki xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırma başladılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri