Fransa Alplarında estoniyalı xizəkçilər həlak olub
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Alplarında qar uçqunu nəticəsində iki estoniyalı xizəkçi həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Le Monde” nəşri kurortun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanların qar uçqununa qarşı ləvazimatı olmayıb.
Bildirilir ki, bazar günü altı estondan ibarət qrup Val-d'Isere xizək kurortunda nişanlanmamış ərazidə xizək sürərkən 100 metr enində və 300 metr uzunluğunda qar uçqunu baş verib.
Ümumilikdə dörd nəfər qar uçqunu altında qalıb, onlardan biri xilas ola bilib. Xilasedicilər 10 dəqiqədən az müddətdə xizəkçilərdən birini xilas edə biliblər. Digər iki xizəkçini kurortun xilasedici itləri qar uçqunundan 40 və 50 dəqiqə sonra ürəyi dayanmış halda aşkar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















