Fransa Amerikanın videokonfrans xidmətlərindən imtina edəcək
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa 2027-ci ilə qədər ABŞ-nin videokonfrans xidmətlərindən imtina edib, onları öz "Visio" tətbiqi ilə əvəz etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə dövlət xidməti üzrə məsul nazir müavini David Amyel "La Tribune Dimanche" qəzetinə açıqlama verib.
"Biz "Teams" və ya "Zoom" kimi proqramlardan asılı vəziyyətə düşdük. İstənilən şəraitdə danışıqlarımızın təhlükəsizliyini təmin etmək üçün dövlət səviyyəsində bu asılılığı aradan qaldırmaq lazımdır. Buna görə də 2027-ci ilə qədər Fransada inzibati səviyyədə hər yerdə videokonfranslar üçün "Visio"dan istifadə olunacaq", - rəsmi şəxs bildirib.
Amyelin sözlərinə görə, "Visio" Fransa istehsalıdır. Xidməti Rəqəmsal Texnologiyalar İdarəsi hazırlayıb. Gözləntilərə görə, "Visio" Fransa hökumətinə xarici proqram təminatı istehsalçıları ilə müqavilələrin uzadılmasına yönəldilən milyonlarla avronu qənaət etməyə imkan verəcək.
Nazir müavini əlavə edib ki, yeni xidməti artıq 40 min insan sınaqdan keçirə bilib.
Baxış sayı:114
Bu xəbər 25 Yanvar 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















