Icma.az
close
up
RU
Amerikanın yeni qəhrəmanı...

Amerikanın yeni qəhrəmanı...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

130 il əvvəl "Dreyfusun işi” Fransanı ikiyə bölmüşdüsə, hazırda oxşar hadisələr ABŞ-da Luici Manconenin ətrafında cərəyan edir.

Zabit Alfred Dreyfus günahsız idi, onun həbsinə və Qvianadakı "Şeytan adası”na katorqaya göndərilməsinə qarşı çıxanlar birmənalı olaraq ədalət və həqiqətin tərəfində dayanırdı. Emil Zolyanın "Mən ittiham edirəm” məqaləsi əldən-ələ gəzirdi.

Luici Mancone isə qatildir, ötən ilin dekabrında ABŞ-ın ən iri sığorta şirkətlərindən biri olan United Healthcare-nin başçısı Brayan Tompsonu öldürüb. Ancaq bu, yüz minlərlə amerikalının qatili müdafiə etməsi üçün maneə deyil. Səbəb sadədir – qətlə yetirilən Tompsonun timsalında monopoliyalara nifrət.

Hər dövr öz qəhrəmanını yetişdirir. Və hər qəhrəman öz dövrünə oxşayır.

Manconenin ictimai rəydə populyarlaşmasının gətirdiyi narahatlıqdandır ki, apreldə - hələ məhkəmə başlamamış Baş prokuror Pem Bondi ölüm hökmünə nail olmaq niyyətini açıqlayıb. Əslində bu, niyyət yox, göstərişdir – rəsmi Amerikanın mövqeyidir. Pem Bondi göstərişini bu cür izah edib: "Prezident Trampın zorakılıq cinayətlərinin sonuna çıxmaq və Amerikanı yenidən təhlükəsiz yerə çevirmək proqramını yerinə yetirmək”. Buna cavab olaraq qatilin vəkilləri bildirib ki, "ABŞ hökuməti Manconeni siyasi məqsədlə öldürmək niyyətindədir”.

Beləliklə, qatil də, qurbanlıq da bəllidir. Öldürülən Tompson barədə ya susurlar, ya da yalnız mənfi rəy bildirilir, qatil Mancone isə Amerikanın yeni qəhəmanına çevrilir. Onu bəzən məşhur Unabomber (2 il əvvəl türmədə vəfat etmiş Ted Kaçinski) ilə müqayisə edirlər. Vunderkind, istedadlı riyaziyyatçı Kaçinski texnogen inkişafın əleyhinə idi və şirkətlərin ofislərinə bombalar yollayırdı. Kaçinski hələ 40 il əvvəl rəqəmsal əsarətin gələcəyini proqnozlaşdırmışdı. Mancone isə monopoliyaların insan əzabları üzərində milyardlar qazandığına diqqət çəkir.

Luici Mancone çox zəngin ailənin övladıdır, heç vaxt konformist olmayıb, Pensilvaniya universitetini bitirib, qocalar evində volontyor kimi çalışıb. Onu qatil kimi təsəvvür etmək qeyri-mümkündü.

Qətldən sonra isə o, "xalqın sevimlisi”nə, bir çox amerikalının isə az qala idealına çevrilib. Səbəb sadədir – ABŞ-da sığorta şirkətlərini, xüsusən də tibbi sığorta şirkətlərini yumşaq desək sevmirlər. Sorğulara görə, amerikalıların üçdə ikisi səhiyyə sistemindən və tibbi sığorta şirkətlərindən narazıdır. Elə bu səbəbdəndir ki, Tompsonun ölümünü sosial şəbəkələrdə bayram edirdilər.

Qətl yerindən tapılmış gilizlərin üzərində bu sözlər yazılmışdı: "deny, defend, depose”. Yəni, "inkar etmək, müdafiə etmək, devirmək”. Bu, tibbi sığorta şirkətlərinin tənqidçilərinin öz aksiyalarında istifadə etdiyi şüarların variasiyasıdır. Həmin şüarın başqa izahı da var – "inkar et, təxirə sal, haqq qazandır”. Yəni, etirazçıların fikrinə görə, tibbi sığorta şirkətləri məhz sadə amerikalıların problemlərini inkar etməklə, həll etməməklə və özlərinə haqq qazandırmaqla məşğuldurlar. 

UnitedHealthcare şirkəti 49 milyon amerikalıya xidmət göstərir. Ötən il onun gəlirləri 281 milyard dollar olub. Mancone bu şirkətin müştərisi deyildi, deməli, cinayəti törətmək üçün səbəb kimi şəxsi qisas göstərilə bilməz. Və bu nüans cəmiyyətdə Manconeyə olan simpatiyanı daha da artırıb. Qətldən dərhal sonra sosial şəbəkələr onun ünvanına təriflərlə dolub-daşıb. Rəsmi dairələr onun "cəmiyyətdə qorxu yaratmaq məqsədilə qətl törətdiyini” təkrarlasalar da, cəmiyyətdə qorxu hiss olunmur. Manconenin çoxsaylı pərəstişkarları var. Onun Unabomberlə oxşarlığının artıran daha bir fakt isə Manconenin Kaçinskinin məşhur Manifestini oxuması, hətta bu barədə tərif dolu qeydlər yazmasıdır. 

İnternetdə Manconenin vəkilləri üçün pul toplamaq məqsədilə bir neçə qrup yaradılıb. Həmin qruplardan birinin təşkilatçısı məqsədlərini bu cür izah edir: "Biz burada zorakılığa haqq qazandırmaq üçün toplaşmamışıq, ancaq hər kəsin məhkəmədə ədalətli hüquqi yardım almaq haqqı var”. Və nəticə – qətldən sonrakı ilk həftədə Manconenin müdafiəsinə 100 min dollardan çox vəsait toplanır.

Luici Mancone polis tərəfindən saxlanılarkən çantasından tapılan əlyazmasıda sığorta şirkətlərinə qarşı ittihamlar var. Onun sözlərinə görə, sığorta şirkətləri "nəhəng gəlirlər naminə ölkəni ələ salır, Amerika cəmiyyəti isə onlara bu təhqirləri bağışlayır”.

"Düzünü desəm, bu parazitlər layiq olduqlarını almalıdırlar”, - Mancone yazır. Törətdiyi qətli isə "simvolik ləğvetmə” adlandırır.

Göründüyü kimi, Brayan Tompsonun qətli ictimai rəydə motivsiz, yaxud sıradan cinayət yox, istismar olunan insanın Sistemə qarşı etiraz aksiyası kimi qəbul olunur.

Manconeyə hökm hələ oxunmayıb. Son qərarın edam hökmü olacağı şübhə doğurmur. Yəni, onun ictimai rəydə populyarlığı çıxarılacaq hökmə təsir etmək gücündə deyil. Nahaq yerə demirlər ki, "İctimai rəy - rəyi heç vaxt nəzərə alınmayanların rəyidir”... 

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri