Icma.az
close
up
RU
Fransa bankları Amazon meşələrinin qırılmasını maliyyələşdirməkdə ittiham olunur

Fransa bankları Amazon meşələrinin qırılmasını maliyyələşdirməkdə ittiham olunur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 21 noyabr, AZƏRTAC

COP30 çərçivəsində “Reclaim Finance” və “Canopee” adlı iki QHT Fransanın bank sektoruna qarşı ağır ittihamlar irəli sürüb. Bildirilib ki, “BNP Paribas”, “BPCE”, “Credit Agricole” və “Societe Generale” Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı nəhəngləri olan “Bunge” və “Cargill” ilə milyardlarla dollarlıq əməliyyatlarda iştirak etməklə, dolayı yolla Amazondakı meşələrin qırılmasını maliyyələşdirir.

AZƏRTAC xəbər verir ki, QHT-lərin hesabatına əsasən, Fransanın bu 4 bankı 2024-cü il yanvarın əvvəlindən 2025-ci il avqustun sonunadək ABŞ şirkətləri ilə birlikdə 10 milyard dollar dəyərində maliyyə əməliyyatlarında iştirak edib.

“Fransa bankları Amazonda meşələrin qırılmasına göz yumur. İqlim böhranı fonunda onların bu təsiri görməsi və ciddi öhdəliklər götürməsi vacibdir”, - deyə “Reclaim Finance”ın analitiki Andrea Hernandez bildirib.

Hesabatın hazırlanması zamanı QHT-lər peyk vasitəsilə torpağın monitorinqini aparan “MapBiomas” şəbəkəsinin dərc etdiyi meşələrin qırılmasının əks olunduğu xəritələri “Bunge” və “Cargill” şirkətlərinin Braziliya kadastrlarında qeyd olunan anbarları ilə müqayisə ediblər. Nəticələr Amazon meşələrinin məhv edilməsinin mümkünlüyünü göstərib.

Fransa bankları ittihamlara dərhal reaksiya göstərib.

“BPCE” QHT-lərin hesabatını sərt tənqid edib, müvafiq məlumatları “sübutu olmayan rəqəmlər” adlandırıb. Məsələ ilə bağlı 2025-ci ilin sonunda məlumatın dərc ediləcəyi diqqətə çatdırılıb.

“Societe Generale” isə Cənubi Amerikada soya təchizat zəncirində fəaliyyət göstərən şirkətlər üçün konkret istisna meyarlarının mövcud olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri