Icma.az
close
up
RU
Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır

Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 15 sentyabr, AZƏRTAC

Fransanın dövlət borcu artan faiz dərəcələri fonunda ölkə iqtisadiyyatı üçün getdikcə daha ağır yükə çevrilir. 3,5 trilyon avroya çatan dövlət borcu və 10 illik dövlət istiqrazları üzrə faizlərin sentyabr ayında 4,5 faizə yüksəlməsi hökumətin maliyyə manevr imkanlarını daha da məhdudlaşdırıb.

AZƏRTAC xəbər verir ki, Fransanın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatıb. Halbuki COVID-19 pandemiyasından əvvəl ölkə hətta mənfi faizlərlə borclana bilirdi. Borca xidmət xərclərinin, yəni kreditorlara ödənilən faizlərin 65 milyard avronu keçəcəyi gözlənilir. Bu məbləğ dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsaiti də üstələyir.

Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri Fransanın qonşu ölkələrlə müqayisədə daha baha borclanmasıdır. Almaniya ilə Fransa arasında 10 illik dövlət istiqrazlarının gəlirliliyi üzrə fərq artıq təxminən bir faiz bəndinə çatıb. Bu isə maliyyə bazarlarında Almaniyaya inamın daha yüksək olduğunu, Fransanın borclarını qaytarmaq qabiliyyətinə dair narahatlıqların isə artdığını göstərir.

Baş nazir Sebastyen Lökornünün qarşısında çətin vəzifə dayanır. Maliyyə bazarlarının etimadını bərpa etmək üçün Fransa büdcə kəsirini azaltmalı, dövlət xərclərinə nəzarəti gücləndirməli və uzunmüddətli islahatlar həyata keçirməlidir. Lakin prezident seçkilərinə səkkiz ay qalması və hökumətin parlamentdə yetərli siyasi çoxluğa malik olmaması bu planların həyata keçirilməsini çətinləşdirir.

Hökumət artıq 2027-ci il büdcəsini balanslaşdırmaq üçün 30 milyard avro əlavə vəsait tapmalıdır. Borc üzrə faiz ödənişlərinin artması isə bu vəzifəni daha da ağırlaşdırır.

Fransanın vəziyyəti getdikcə borc içində olan ailənin vəziyyətinə bənzədilir: artan xərcləri ödəmək üçün daha bahalı kreditlərə müraciət etmək məcburiyyətində qalınır. Üstəlik, yanacağın qiymətinin yüksəlməsi də ölkənin maliyyə vəziyyətinə əlavə təzyiq yaradır.

Neftin bir barelinin qiymətinin 110 dollara qədər yüksəlməsi enerji idxalının dəyərini artıraraq dövlət maliyyəsinə əlavə yük gətirə bilər. Belə bir şəraitdə hökumətin əhalini dəstəkləmək üçün yeni maliyyə yardımları ayırması daha da çətinləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri