Icma.az
close
up
RU
“Fransa hakimiyyəti anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz” Ekspert

“Fransa hakimiyyəti anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz” Ekspert

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev Fransanın Azərbaycandakı yeni səfirini qəbul edərkən artıq ikitərəfli gündəlikdə yeni dövrün başladığını, problemlərin arxada qaldığını bəyan etdi. Bu, onu deməyə əsas verir ki, artıq biz perspektivdə iki ölkə arasında münasibətlərdə yalnız müsbət dinamikanı müşahidə edəcəyik”. 

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM)  eksperti Mətin Məmmədli deyib.

Ekspert xatırladıb ki, son illərdə iki ölkə arasında münasibətlərdə ciddi böhran yaranmışdı. Bunun da əsas səbəbi Fransanın siyasəti ilə bağlı idi:
“Fransa İkinci Qarabağ müharibəsindən sonra post münaqişə problemlərinə ədalətsiz, qərəzli yanaşdı, bu da nəticədə Azərbaycanla Fransa arasında münasibətlərdə ciddi problemlərin yaranmasına səbəb oldu. Görünən odur ki, Fransa İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış geosiyasi reallıqları qəbul edə bilmirdi, bu səbəbdən də ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqe nümayiş etdirirdi. Fransa parlamenti, Fransa Senatı dəfələrlə Azərbaycana qarşı sərt, ədalətsiz, əssasız qətnamələr qəbul edib. Fransa Prezidenti və digər rəsmiləri ölkəmizin ünvanına ittihamlar səsləndirib. Azərbaycan da Fransanın bu yanlış və qərəzli mövqeyinə qarşı prinsipial, adekvat mövqe nümayiş etdirib. Düşünürəm ki, hər halda, nahayət Fransa hakimiyyəti də anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Azərbaycan o ölkələrdən deyil ki, təhdidlə ona nəyisə qəbul etdirəsən”. 

M.Məmmədli hesab edir ki, Fransa hakimiyyəti bu reallığı anladıqdan sonra iki ölkə arasında münasibətlərdə müsbətə doğru dönüş baş verməkdədir. 

Ekspert hansı sahələrin ikitərəfli gündəlikdə prioritet təşkil edə biləcəyinə də toxunub: 

“Azərbaycan və Fransa arasında bu günə qədər bir çox sahələrdə əməkdaşlıq münasibətləri qurulub. Siyasi, diplomatik müstəvdiən əlavə, iqtisadi sahədə, o cümlədən enerji, ticarət, nəqliyyat sahələrində iki ölkə yüksək səviyyəli münasibətlər qurub. Azərbaycan Fransanın reginoda əsas ticarət tərəfdaşılarından biridir. Düşünürəm ki, qarşıdakı perspektivdə də münasibətlərin normallaşması ilə paralel olaraq əsasən də enerji istiqaməti, - istər ənənəvi, istər qeyri-ənənəvi -, həmçinin ticarət, nəqliyyat və s. sahələrdə iki ölkə arasında münasibətlər daha da dərinləşəcək. Təbii ki, Fransanın ölkəmizlə bağlı mövqeyində hər hansı bir ciddi dönüş edəcəyi təqdirdə, iki ölkə arasında münasibətlər daha da dərinləşəcək”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri