Icma.az
close
up
RU
Fransa hökuməti dağıldı. Bundan sonra nə olacaq?

Fransa hökuməti dağıldı. Bundan sonra nə olacaq?

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Fransanın Baş naziri Mişel Barnyenin hökuməti çərşənbə günü Milli Assambleyada (parlamentin aşağı palatası) etimadsızlıq səsverməsindən sonra dağılıb. Hər şey Baş nazirin artan büdcə kəsiri ilə mübarizə üçün vergi artımı və 60 milyard avroluq ixtisar planlarını ehtiva edən 2025-ci il büdcəsini qəbul etmək üçün (parlamentdə səsə qoyulmadan) Konstitusiyanın 49.3-cü maddəsini istifadə etməsindən sonra baş verib . Müxalifəti heçə sayması onu solçu "NFP" koalisiyası və ifrat sağçı “Milli Ralli” partiyasının deputatları ilə qarşı-qarşıya qoyub. Hökuməti cəmi 289 etimadsızlıq səsi ilə devirə bilən müxalifət partiyalarını sakitləşdirmək mümkün olmayıb. Baş nazirin əleyhinə 331 deputat səs verib.
Beləliklə, Fransanı nə gözləyir?
Hələ 2024-ü ilin iyun ayında partiyasının Aİ seçkilərində sarsıdıcı məğlubiyyətindən sonra parlamenti buraxan Fransa prezidenti Emmanuel Makron istefaya getmiş baş nazir Qabriel Attaldan müvəqqəti olaraq hökumətin başında qalmasını istəmişdi. Halbuki, Attalın istefasından bir həftə sonra parlamentdə səs çoxluğu ilə qalib gəlmiş solçu koalisiya (NFP) baş nazir postuna Lyusi Kastetsi seçmişdi. Kastetsi əlinin tərsi ilə bir kənara itələyən Makron, özünün dediyinə görə, ölkədə keçirilən Olimpiya oyunları zamanı intizamsızlıq yaranmasın deyə belə bir tələb irəli sürmüşdü.

Çox güman ki, Fransa prezidenti, Attal kimi Mişel Barnyedən də müvəqqəti olaraq qalmağını istəyəcək. Ya da gərək Makron təcili yeni baş nazir tapsın, özü belə deyib. Prezident bir müddət əvvəl 24 saat ərzində çevik hərəkət etmək niyyətində olduğunu bildirib.
Bir sözlə, yeni baş nazirin namizədliyini irəli sürmək Makronun ixtiyarındadır və bunun üçün ondan konkret vaxt tələb olunmur. Yelisey də onun cümə axşamı yerli vaxtla axşam saat 8-də televiziya ilə çıxışını təsdiqləyib. Bu çıxışda onun namizədinin kimliyini açıqlayacağı gözlənilir. Yayda indikinə bənzər vəziyyətdə Makron namizədinin adını iki ay sonra bəyan etmişdi.
Lakin bu dəfə yeni baş nazir seçmək elə də asan olmayacaq. Çünki Fransanın hazırkı parlamenti şaxələnmiş vəziyyətdədir və əksəriyyətlə azlıqlar arasında elə də böyük bir fərq yoxdur.

Üstəlik qanunverici orqana yeni seçkilər yalnız gələn ilin iyuluna təyin edilə bilər.
Bu arada, müvəqqəti hökumət cari işləri sürətləndirməli olacaq və yeni qanunlarla bağlı səs verə bilməz.
Növbəti baş nazir kim ola bilər?
Çərşənbə günündən bu yana hazırki müdafiə naziri Sebastiyen Lekornu , keçmiş daxili işlər naziri Bernar Kaznev və mərkəzçi MoDem partiyasının lideri Fransua Bayrou da daxil olmaqla dillərdə bir neçə ad dolaşır. Solçu NFP koalisiyasını təşkil edən bəzi partiyalar bu dəfə də iqtisadçı və dövlət qulluqçusu olan Lyusi Kastetsin adını çəkirlər. Yeri gəlmişkən, Kastets hökumətin başına keçməyə hazır olduğunu açıqlayıb.

Makron bu yay baş nazirin kimliyinə təkbaşına qərar verdiyinə, siyasi partiyaları proseslərdən kənarda saxladığına görə çox tənqid olundu.
Politoloq və hüquqşünas, professor Fransua-Xavier Millet hesab edir ki, "Əgər bu dəfə prezident daha bir hökumətin dağılmasını istəmirsə, o, deputatlara daha konsensual təkliflər irəli sürməyə icazə verməli olacaq".
Lakin ictimai rəy üzrə ekspert və siyasi məsləhətçi Emmanuel Rivyerə görə, baş nazir seçimində diqqət konkret şəxsə yönəlməli deyil, layihələr ətrafında cəmlənməlidir.
-Bizim layihərə və razılaşmalara ehtiyacımız var, şəxsiyyətə yox. Seçim etmək Makrona qalmayıb. Büdcə kələfinin ucunu tapmaq üçün razılaşma lazımdır. Gələcək nazir Fransanın 2025-ci il üçün büdcəsinin varlığına inandıra biləcək xüsusi missiyasılı təmiz bir texnokrat ola bilər”,- o, deyir.
Makronu bundan sonra nə gözləyir?
Makronun prezidentlik müddəti 2027-ci ilin yazında bitsə də, bəzi partiyalar onu parlamenti buraxmaq qərarından sonra yaranmış siyasi xaosa görə istefaya çağırır. Bu, siyasi böhran səbəbindən həm ölkə daxilində, həm də xaricdə nüfuzdan düşən Fransa prezidentinə növbəti zərbədir. Ifop-un noyabrın sonunda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, fransızların yalnız 22%-i Makrondan razıdır . Təbii ki, Makronun istefası mümkündür. Ancaq bu, ölkədə xaosa, çaşqınlığa səbəb ola bilər. Böyük əksəriyyəti belə azlıq təşkil edən, başqa sözlə çoxtirəli parlament isə heç nəyi dəyişə bilməyəcək: Fransız deputatlar "bir ayı, bir şir" misalı biri-birilərini dişləyib, didəcəklər.
Bəs büdcə?
Fransa qanunlarına görə, dekabrın 20-nə qədər səsə qoyulmasa , hökumət büdcəni sərəncamla qəbul etmək üçün konstitusion səlahiyyətlərindən istifadə edə bilər. Sosial təminat büdcəsinə gəlincə, sərəncam 50 günlük dirənişdən, milli büdcə isə 70 günlük müzakirədən sonra həyata keçirilə bilər. Başqa bir qanunla 2024-cü ilin büdcəsi uzadılaraq 2025-ci ildə də tətbiq edilə bilər ki, bu, yalnız müvəqqəti həll yoludur.
Fransada ABŞ-dəki kimi qapadılma riski olmasa da, siyasi qeyri-sabitlik investorları qorxuda bilər. Bundan başqa, Fransaya xərclərinə görə Aİ-dən də təzyiqlər böyükdür. Aİ-nin fiskal qaydaları 3%-lik həddin altına düşməməyi tələb etsə də, ölkənin kəsiri ÜDM-nin 6%-i səviyyəsindədir.
Səbinə Həsənova
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri