Icma.az
close
up
RU
Fransa hökuməti dağıldı. Sonra nə olacaq?

Fransa hökuməti dağıldı. Sonra nə olacaq?

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər şey baş nazir Mişel Barnyenin artan büdcə kəsiri ilə mübarizə üçün vergiləri çoxaltmaq və 60 milyard avroluq ixtisar planlarını ehtiva edən 2025-ci il büdcəsini parlamentdə səsə qoyulmadan qəbul etmək üçün Konstitusiyanın 49.3-cü maddəsinə istinad etməsindən sonra başlayıb. Müxalifəti heçə sayması onu solçu "NFP" koalisiyası və ifrat sağçı “Milli Ralli” partiyasının deputatları ilə qarşı-qarşıya qoyub. Müxalifət partiyalarını sakitləşdirmək mümkün olmayıb və 331 deputat baş nazirin əleyhinə səs verib. Halbuki, hökuməti devirmək üçün cəmi 289 etimadsızlıq səsi kifayət idi. Baş nazir bu səhər Yelisey sarayında istefa ərizəsini rəsmən təqdim edəcək.

Beləliklə, Fransanı nə gözləyir?
Hələ 2024-ü ilin iyun ayında partiyasının Aİ seçkilərində sarsıdıcı məğlubiyyətindən sonra parlamenti buraxan Fransa prezidenti Emmanuel Makron istefaya getmiş baş nazir Qabriel Attaldan müvəqqəti olaraq hökumətin başında qalmasını istəmişdi. Halbuki, Attalın istefasından bir həftə sonra parlamentdə səs çoxluğu ilə qalib gəlmiş solçu koalisiya (NFP) baş nazir postuna Lyusi Kastetsi seçmişdi. Kastetsi kənara itələyən Makron, dediyinə görə, ölkədə keçirilən Olimpiya oyunları zamanı intizamsızlıq yaranmasın deyə belə bir tələb irəli sürmüşdü.

Çox güman ki, Fransa prezidenti Attal kimi Mişel Barnyedən də müvəqqəti qalmasını istəyəcək. Ya da gərək Makron təcili yeni baş nazir tapsın. Prezident bir müddət əvvəl 24 saat ərzində çevik hərəkət etmək niyyətində olduğunu bildirib.
Yeni baş nazirin namizədliyini irəli sürmək Makronun ixtiyarındadır, bunun üçün ondan konkret vaxt tələb olunmur. Cümə axşamı yerli vaxtla axşam saat 8-də televiziya ilə çıxışında onun namizədinin kimliyini açıqlayacağı gözlənilir. Yayda indikinə bənzər vəziyyətdə Makron namizədinin adını iki ay sonra bəyan etmişdi. Lakin bu dəfə yeni baş nazir seçmək elə də asan olmayacaq. Çünki Fransanın hazırkı parlamenti şaxələnmiş vəziyyətdədir və çoxluqla azlıqlar arasında elə də böyük bir fərq yoxdur.

Üstəlik, qanunverici orqana yeni seçkilər yalnız gələn ilin iyulunda keçirilə bilər.
Bu arada, müvəqqəti hökumət cari işləri sürətləndirməli olacaq və yeni qanunlarla bağlı səs verə bilməz.
Növbəti baş nazir kim ola bilər?
Çərşənbə günündən bu yana hazırki müdafiə naziri Sebastiyan Lekornu , keçmiş daxili işlər naziri Bernar Kaznev və mərkəzçi MoDem partiyasının lideri Fransua Bayrou da daxil olmaqla dillərdə bir neçə ad dolaşır. Solçu NFP koalisiyasını təşkil edən bəzi partiyalar bu dəfə də iqtisadçı və dövlət qulluqçusu olan Lyusi Kastetsin adını çəkirlər. Yeri gəlmişkən, Kastets də hökumətin başına keçməyə hazır olduğunu açıqlayıb.

Makron bu yay baş nazirin kimliyinə təkbaşına qərar verdiyinə, siyasi partiyaları proseslərdən kənarda saxladığına görə çox tənqid olundu.
Politoloq və hüquqşünas, professor Fransua-Xavier Millet hesab edir ki, "Əgər bu dəfə prezident daha bir hökumətin dağılmasını istəmirsə, deputatlara daha konsensual təkliflər irəli sürməyə icazə verməli olacaq".
Lakin ictimai rəy üzrə ekspert və siyasi məsləhətçi Emmanuel Rivyerə görə, baş nazir seçimində diqqət konkret şəxsə yönəlməli deyil, layihələr ətrafında cəmlənməlidir.
-Bizim layihərə və razılaşmalara ehtiyacımız var, şəxsiyyətə yox. Seçim etmək Makrona qalmayıb. Büdcə kələfinin ucunu tapmaq üçün razılaşma lazımdır. Gələcək nazir Fransanın 2025-ci il üçün büdcəsinin varlığına inandıra biləcək xüsusi missiyasılı təmiz bir texnokrat ola bilər”,- o, deyir.
Makronu nə gözləyir?
Makronun prezidentlik müddəti 2027-ci ilin yazında bitsə də, bəzi partiyalar onu parlamenti buraxmaq qərarından sonra yaranmış siyasi xaosa görə istefaya çağırırlar. Bu, siyasi böhran səbəbindən həm ölkə daxilində, həm də xaricdə nüfuzdan düşən Fransa prezidentinə növbəti zərbədir. Ifop-un noyabrın sonunda keçirdiyi rəy sorğusunun nəticələrinə görə, fransızların yalnız 22%-i Makrondan razıdır . Təbii ki, Makronun istefası mümkündür. Ancaq bu, ölkədə xaosa, çaşqınlığa səbəb ola bilər. Çoxluğu da azlıqda olan çoxtirəli parlament isə heç nəyi dəyişə bilməyəcək: Fransız deputatlar "bir ayı, bir şir" misalındakı kimi, biri-birilərini "didəcəklər".
Bəs büdcə?
Fransa qanunlarına görə, dekabrın 20-nə qədər səsə qoyulmasa, hökumət büdcəni sərəncamla qəbul etmək üçün konstitusion səlahiyyətlərindən istifadə edə bilər. Sosial təminat büdcəsinə gəlincə, sərəncam 50 günlük dirənişdən, milli büdcə isə 70 günlük müzakirədən sonra həyata keçirilə bilər. Başqa bir qanunla 2024-cü ilin büdcəsi uzadılaraq 2025-ci ildə də tətbiq edilə bilər ki, bu, yalnız müvəqqəti həll yoludur.

Fransada ABŞ-dəki kimi qapadılma riski olmasa da, siyasi qeyri-sabitlik investorları qorxuda bilər. Bundan başqa, Fransaya xərclərinə görə Aİ-dən də təzyiqlər böyükdür. Aİ-nin fiskal qaydaları 3%-lik həddin altına düşməməyi tələb etsə də, ölkənin kəsiri ÜDM-nin 6%-i səviyyəsindədir.
Səbinə Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri