Icma.az
close
up
RU
Fransa ilə Əlcəzair arasında gərginlik artır

Fransa ilə Əlcəzair arasında gərginlik artır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 8 avqust, AZƏRTAC

Prezident Emmanuel Makron Fransa ilə Əlcəzair arasında imzalanmış 2013-cü il razılaşması çərçivəsində Əlcəzair diplomatlarına və rəsmi şəxslərinə verilən vizasız giriş imtiyazının ləğv edilməsini istəyib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Makron Baş naziri Fransua Bayrouya məktubla müraciət edərək, vizaların bu kateqoriyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. Makron bu qərarını Paris və Əlcəzair arasında artan diplomatik gərginliklə əlaqələndirib. O, iki ölkə arasında münasibətlərin qeyri-bərabər olduğunu və Fransanın Əlcəzairə qarşı daha sərt və prinsipial mövqe tutmalı olduğunu bildirib.

Makronun bu qərar qüvvəyə minərsə, bu, Fransa-Əlcəzair münasibətlərində mühüm diplomatik dönüş nöqtəsi olacaq. Diplomatik pasport sahiblərinə qarşı vizasız rejimin ləğvi, Parisin son illərdə Şimali Afrika ölkələri ilə – xüsusilə də miqrasiya və təhlükəsizlik sahəsində daha sərt siyasətə keçidinin davamı kimi qiymətləndirilə bilər.

Viza mövzusu Fransa ilə Əlcəzair arasında uzun illərdir ki, həssas məsələ olaraq qalır. Son illərdə isə Paris bu aləti ikitərəfli münasibətlərdə siyasi təzyiq vasitəsinə çevirib. Bu dəfə qərarın diplomatik pasport sahiblərini əhatə etməsi, Fransa tərəfindən Əlcəzairə qarşı konkret və sərt siyasi mesaj olaraq dəyərləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri