Icma.az
close
up
RU
Əlcəzair Fransa münasibətlərində gərginlik artır: Diplomatik zonalara girişə qadağa qalmaqalı

Əlcəzair Fransa münasibətlərində gərginlik artır: Diplomatik zonalara girişə qadağa qalmaqalı

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əlcəzair ilə Fransa arasındakı gərginlik yeni və kritik mərhələyə qədəm qoyub. Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir ki, Fransanın daxili işlər naziri Bruno Retailleaunun qərarına əsasən, Fransa ərazisində akkreditə olunmuş Əlcəzair səfirliyinin əməkdaşlarının Paris hava limanlarında diplomatik çamadanları təhvil aldıqları xüsusi zonalara girişlərinə qadağa qoyulub.

AZƏRTAC xəbər verir ki, Əlcəzair tərəfi bu qərarı tam təəccübləndirici adlandırıb və Fransanın Əlcəzairdəki müvəqqəti işlər vəkilinin nümayəndəsini açıqlama vermək üçün Əlcəzair Xarici İşlər Nazirliyinə dəvət edib. Eyni zamanda, Əlcəzairin Fransadakı diplomatik missiyasının rəhbəri Fransa Xarici İşlər Nazirliyinə müraciət edərək məsələ ilə bağlı məlumat almağa çalışıb.

Rəsmi bəyanatda vurğulanır ki, bu addım Vyana Konvensiyasının 27-ci maddəsinin 7-ci bəndinin aydın pozulmasıdır. Bəndə görə hər bir diplomatik missiya çoxsaylı məhdudiyyət olmadan diplomatik çamadanları təhvil almaq üçün akkreditə olunmuş nümayəndə göndərmək hüququna malikdir. Qərar isə bu hüquqa açıq təcavüz kimi qiymətləndirilir.

Əlavə olaraq, bəyanatda vurğulanır ki, bu qərar Fransanın Xarici İşlər Nazirliyinin məlumatı olmadan və hər hansı bir rəsmi diplomatik bildiriş verilmədən, qeyri-şəffaf şəkildə, birbaşa Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib.

Əlcəzair bu vəziyyətə cavab olaraq “zəruri qarşılıqlılıq prinsipini dərhal tətbiq edəcəyini” bəyan edib. Eyni zamanda, öz diplomatik missiyasının müdafiəsi və hüquqlarının tanınması məqsədilə, BMT də daxil olmaqla, bütün müvafiq hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxladığını bildirib.

Bu yeni hadisə, Əlcəzair və Fransa arasında son zamanlar viza məhdudiyyətləri, diplomatların qarşılıqlı məhdudlaşdırılması və 2007–2013-ci il sazişlərinin təxirə salınması kimi bir sıra gərginliklərlə müşayiət olunan diplomatik böhranın davamıdır.

Son addım Əlcəzair Fransa münasibətlərində diplomatik prosedurların pozulması, qarşılıqlı təzyiqlər və beynəlxalq hüququn işə düşməsi ehtimalını artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri