Fransa klubuna maliyyə zərbəsi
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Maliyyə baxımından çətin dövr keçirən “Marsel” mövsümün başlamasına həftələr qalmış ciddi gəlir itkisi ilə üz-üzə qalıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sportune” nəşri məlumat yayıb.
Xəbərə görə, Liqa 1 təmsilçisi 2026/27 mövsümü öncəsi iki əsas sponsoru ilə yollarını ayırıb. Klub “D’Or et de Platine” brendi və “Boulanger” mağazalar şəbəkəsi ilə müqavilələrin müddətini uzatmayıb.
Rəsmi tərəflər hələlik bu barədə açıqlama verməsələr də, hər iki brendin loqosunun “Marsel”in yeni mövsüm üçün təqdim edilən formalarından və reklam platformalarından çıxarılması əməkdaşlığın sona çatdığını göstərir.
“Boulanger” 2015-ci ildən Fransa klubunun tərəfdaşı idi və 2016-cı ildən formaların arxa hissəsində yer alırdı. “D’Or et de Platine” isə 2023-cü ildən komandaya sponsorluq edirdi. Müqavilələrin maliyyə təfərrüatları açıqlanmasa da, iki əsas sponsorun eyni vaxtda ayrılması “Marsel”in büdcəsinə böyük zərbə vuracaq.
Mənbə onu da əlavə edib ki, tərəflər arasında danışıqlar tam yekunlaşmayıb və sponsorluq müqavilələrinin yenilənməsi ehtimalı hələ də qalır.
Baxış sayı:121
Bu xəbər 26 İyul 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















