Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa millisinin və "Tottenhem"in hücumçusu Randal Kolo Muani zədələnib.
QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"lə oyunda (2:2) sıradan çıxıb. Kolo Muani ikinci hissənin ilk dəqiqəsində "qırmızı şeytanlr"ın futbolçusu Harri Maquayrla toqquşub. Forvard oyuna davam edə bilməyib və əvəzlənib.
Əvvəlcə "Tottenhem"in tibb işçiləri zədəni yüngül hesab etsələr də, daha sonra onun çənəsinin sındığı ortaya çıxıb.
Goal.com-un yaydığı məlumata görə, Kolo Muani zədə səbəbindən Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna ilə oyunlarını buraxacaq.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 10 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















