Fransa millisinin hücumçusu “Çelsi”dən gedir
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Fransa millisinin hücumçusu Kristofer Nkunku bu yay “Çelsi”dən ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı fransalı ilə Avropanın bir neçə top klubu maraqlanır. “Zadəganlar” yanvardan futbolçu ilə yolları ayırmağa hazırdır. Daha əvvəl Nkunku ilə “İnter” və “Tottenhem”in maraqlandığı bildirilirdi.
Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt” portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Nkunku bütün yarışlarda 47 matçda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

