Icma.az
close
up
RU
Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rodez, 19 may, AZƏRTAC

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar arasında yer alırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın rəhbərliyi ilə səfirliyin bir neçə diplomatı Fransanın azadlığı uğrunda canalarını qurban vermiş azərbaycanlı partizanların xatirəsini yad etmək üçün Rodez şəhərində dəfn edilmiş Mişel Hüseynovun qəbrini, eləcə də azərbaycanlı əsgərlərin saxlanıldığı əsir düşərgəsinin binasını və əsgərlərimizin güllələndiyi məkanları ziyarət ediblər.

Səfir L. Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyətini Aveyron departamenti üzrə Fransa uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmək üçün 1887-ci ildə yaradılmış Aveyron “Souvenir français” təşkilatının prezidentinin müavini Nikol Şira, təşkilatın Rodez şəhəri üzrə komitəsinin prezidenti Vinsan Bezomb qarşılayıblar. Xatirə mərasimində Aveyron departamentin ali təhsil və tədqiqatlar üzrə prezident müavini Bernar Ferran, polkovnik Arno Kamburnak da iştirak ediblər.

Rodez qəbiristanlığında Mişel Hüseynovun qəbrinin ətrafında bayraqdarlar və nümayəndə heyətləri çıxış ediblər. Xatirə mərasimini giriş sözü ilə açan “Souvenir français” təşkilatının nümayəndəsi Nikol Şira mərasim haqqında məlumat verib və Azərbaycan Səfirliyinə bu təşəbbüs üçün təşəkkür edib. O, sözü səfir Leyla Abdullayeva verib.

Azərbaycan səfiri təşkilatın rəhbərliyinə, üzvlərinə, eləcə də Rodez şəhərinin meriyasının nümayəndəsinə əsgərlərimizin xatirəsinə göstərdikləri ehtirama, eləcə də onların fədakarlığını unutmadıqlarına görə təşəkkürünü bildirib. Diplomat azərbaycanlı əsgərlərin rəşadətindən danışaraq, İkinci Dünya müharibəsində onların Fransa və digər Avropa ölkələrinin azadlığı uğrunda mübarizəyə qoşulduqlarını deyib. Bildirib ki, o dövrdə müxtəlif xalqların nümayəndələri ”sovet əsgəri” adı ilə təqdim olunub. Ona görə təəssüf olsun ki, Fransanın azadlığı uğrunda mübarizə aparmış yüzlərlə azərbaycanlı əsgərin çoxunun adı bilinmir və onlar “naməlum əsgər” kimi dəfn edilib.

Səfir qeyd edib ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoludur. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində iz qoymuşdur və xalqımız onlarla fəxr edir.

“Souvenir français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti, Aveyron departamentindəki müqavimət hərəkatı ilə bağlı kitabların müəllifi, tarixçi Vinsan Bezomb onun doğma şəhəri uğrunda həlak olmuş yüzlərlə azərbaycanlı əsgərin taleyi ilə bağlı ətraflı məlumat verib. 1943-cü ilin axırlarında Rodez əsir düşərgəsinə gətirilmiş azərbaycanlıların fransız müqavimət hərəkatının üzvləri ilə əlaqə yaratmaqlarından və 1944-cü ildə bu əlaqələrin daha da genişlənməsindən bəhs edib. Azərbaycanlı əsirlərin Müqavimət Hərəkatının partizanlarına qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunun yaradılması, gizli təşkilatın azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçaraq, fransız partizanları ilə birləşməsindən danışıb.

Müəllif düşərgədən qaçan hərbi əsirlərin fransız partizanlarının köməyi ilə Aveyron dağlarında yerləşən təşkilatla birləşməsindən, 1944-cü il avqustun 16-da azərbaycanlı əsirlərin kütləvi qaçışının təşkilindən, həmçinin casusların bu əməliyyat haqqında düşərgənin komandanlığına xəbər çatdırmasından, yüzlərlə azərbaycanlı əsgərin olduğu əsir düşərgəsinin mühasirəyə alınmasından bəhs edib. Gizli təşkilatın bir qrup üzvünün meşəyə qaçıb fransız partizanlarına qoşulduğunu bildirərək, faşistlərin digər əsgərləri ölüm cəzasına məhkum etdiyini, təxminən 60 nəfərin diri-diri yandırmasından söz açan Bezomb hadisədən iki gün sonra fransız və azərbaycanlı partizanlar tərəfindən Rodezin faşistlərdən azad edildiyini deyib.

Sonra Fransanın azadlığı uğrunda canından keçmiş azərbaycanlı əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bayraqlar enirilib və iştirakçılar “ Le chant des partisans” partizan mahnısını səsləndiriblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bayraqdarlara təşəkkürünü bildirib.

Sonra “Souvenir français” təşkilatının nümayəndələrinin müşayiəti ilə Rodez ərazisində yerləşən və azərbaycanlı əsgərlərin “naməlum əsgər” adı ilə dəfn edildiyi qəbirlər, əsgərlərimizin həbs edildiyi düşərgə və güllələndikləri məkanlar ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib.

“Souvenir français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti azərbaycanlı əsgərlərin də daxil olduğu Aveyron müqavimət hərəkatından bəhs edən kitablarını Azərbaycan səfirinə hədiyyə edib.

Aveyron departamentindən başqa Bordo, Lomoj, Marsel, Provans, Dijon, Bezanson, Strasburq və Alzas regionu kimi bir çox ərazidə də yüzlərlə azərbaycanlı əsgər Fransanın azadlığı uğrunda canlarını qurban veriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rodez

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri