Icma.az
close
up
RU
Fransa mətbuatı Müqavimət Hərəkatı zamanı azərbaycanlı əsgərlərin rəşadətindən yazıb

Fransa mətbuatı Müqavimət Hərəkatı zamanı azərbaycanlı əsgərlərin rəşadətindən yazıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 31 may, AZƏRTAC

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar sırasındadırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın və səfirliyin bir neçə diplomatının faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar azərbaycanlı əsgərlərin xatirəsini yad etmək üçün Fransanın Aveyron departamentinin Rodez şəhərinə səfərləri yerli mətbuatda geniş işıqlandırılıb, səfərlə bağlı bir neçə məqalə dərc olunub. Qeyd olunub ki, səfər zamanı azərbaycanlı əsgər Mişel Hüseynovun məzarı ziyarət edilib.

Məqalələrdə “Souvenir français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti, Aveyron departamentindəki müqavimət hərəkatı ilə bağlı kitabların müəllifi, tarixçi Vənsan Bezombun partizan hərəkatı, azərbaycanlı əsgərlərin şücaəti haqqında tədqiqatları haqqında məlumatlar yer alıb.

Fransanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlı əsgərlər xatırlanıb, 1943-cü ildə Aveyron departamentinə faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərin Bürlup kazarmasına yerləşdirildiyi vurğulanıb. Bildirilib ki, əsir götürülmüş azərbaycanlılar gizli yollarla fransız partizanlara qoşulublar. Ancaq onların Fransa Müqavimət Hərəkatına qoşulmasından xəbər tutan faşistlər Bürlup kazarmasında qalan azərbaycanlı əsgərləri güllələyiblər. Buna baxmayaraq, bəzi əsgərlər partizanlara qoşulmağa nail olublar və Fransanın azadlığı uğrunda mübarizə aparıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri