Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

COP hərəkatında yeni cığır...

COP hərəkatında yeni cığır...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

29-cu sammit daha mütəşəkkil və fəal müzakirələr, iradəli qərarlar ruhunda keçirilir

Bakıda keçirilən COP29 sammiti Azərbaycanın qlobal miqyaslı mötəbər tədbirə olduqca peşəkarcasına və məsuliyyətlə hazırlaşdığını, builki tədbirin əvvəlki COP toplantılarına nisbətən daha mütəşəkkil və fəal müzakirələr, geniş məsləhətləşmələr ruhunda davam etdiyini təsdiqlədi. Dünya ölkələrinin liderləri və iştirakçılar iqlim ambisiyaları və qlobal fəaliyyət planları ilə bağlı daha açıq niyyətli və qərarlı olduqlarını nümayiş etdirməkdədir. İqlim konfransında təmsil olunan dövlət və hökumət başçılarının, mühüm dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, elm və beyin mərkəzlərinin nümayəndələrinin çıxış və fikirlərində diqqətçəkən ən mühüm məqamlardan biri karbon emissiyaların azaldılmasında vahid mövqenin və iradənin ortaya qoyulmasıdır. Bu və digər məqamlar Azərbaycanın COP ailəsini daha sıx platformada birləşdirmək məharətini təsdiqləyir.

Azərbaycan Paris sazişinin 6-cı maddəsini gerçəkləşdirdi

COP29-un ilk günündə ən mühüm hadisə Paris sazişinin 6.4 maddəsi (karbon bazarları) üzrə razılaşmanın əldə olunmasıdır. Faktiki olaraq bu əsas hədəf prinsipi 9 ildir ki, kağız üzərində qalmış, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, 6-cı maddə üzrə razılıq əldə olmamışdı. İqlim koalisiyasının Bakıda bu prinsipial xarakter daşıyan maddə üzrə razılaşmaya nail olması Azərbaycanın COP hərəkatında yeni cığır açdığını göstərir.

Azərbaycan COP29-un Sədri kimi digər təşəbbüslərin də həyata keçməsinə nail olub, ölkəmiz tərəfindən dünya iqlim ailəsinə 14 əsas təşəbbüs irəli sürülüb və həmin təşəbbüslərin böyük əksəriyyəti üzrə praktiki işlər icra olunub. COP29-dan əsas gözləntilərin biri dayanıqlı maliyyələşmə arxitekturasının qurulmasıdır. Sammitdə bu istiqamətdə də iradəli təşəbbüslər ortaya qoyuldu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair ümidverici bəyanatlar səsləndirdi. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır.

İqlim maliyyəsi şəffaflığı məsələsi Bakıda həllini tapır

Bundan başqa, indiyə qədər problemlərdən biri kimi həll edilməyən maliyyə şəffaflığı ilə bağlı məsələ də həllini tapmaqdadır. Ötən COP sammitlərində tərəflər bu məsələdə bir araya gələ bilməsə də , Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapıb, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilib.

Ümumilikdə, Azərbaycan iqlim ailəsini iqlim dəyişikliyinə qarşı mübarizə hədəfləri çərçivəsində Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə sazişlərdən irəli gələn maliyyə institutlaşması istiqamətində bir araya gətirməkdədir. COP29 gündəliyində ən aktiv mövzu kimi iqlim fəaliyyətinə investisiya yatırmaq təşəbbüslərinin ön plana çıxması da bunu təsdiqləyir. Bu müsbət nəticələrdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması bardədə yekdil razılıq da əldə edilib. İnkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılması faktiki start götürməkdədir. Yaxın günlərdə İMFF bərpa olunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək.

Yeni Kollektiv Hədəfə doğru...

Yeri gəlmişkən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, eləcə də beynəlxalq maliyyə institutları və özəl maliyyə təşkilatlarının rəhbər şəxsləri aparılan müzakirələrdə Azərbaycanın iqlim maliyyəsi hədəflərinə çatmaqda təşəbbüskarlığı da yüksək dəyərləndiriblər. Həmin panel müzakirələrdə iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul ediləcəyinə dair xoş mesajlar verib. NCQG sənədinin qəbul edilməsi bir çox ölkələrlə yanaşı, Azərbaycanın çoxtərəfli inkişaf banklarının resurs bazalarından istifadə etməsinə imkan yaradcaq. Nəticədə bu, iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.

Sammit qlobal yaşıl icmanın Azərbaycanın alternativ enerji imkanları ilə yerindəcə yaxından tanış olması, bu potensialların üzə çıxarılmasında investorların birgə əməkdaşlıq layihələrinə qərar verməsi baxımından da mühüm fürsət yaradır. Beynəlxalq ekoloji qurumlara və iqlim şirkətlərinə Bakı şəhərindəki və ölkəmizin müxtəlif bölgələrindəki yaşıl resursların mövcud dəyər balansını qiymətləndirmək üçün praktiki imkanlar yaradılıb ki, bu, yaxın vaxtlarda yeni enerji sazişlərinin imzalanacağına dərin ümidlər verir. Tədbirlər çərçivəsində xarici iştirakçılara Azərbaycanın 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və “yaşıl enerji”ni prioritetləri barədə detallı məlumatlar çatdırılıb.

“Yaşıl sərmayə” tərəfdaşlığı üçün yeni bünövrə...

Qeyd edək ki, COP29 çərçivəsində ölkəmiz bu dövrədək dünyanın bir çox ölkəsi və beynəlxalq təşkilatlarla qurulmuş səmərəli əməkdaşlıq sayəsində “yaşıl enerji” layihələrində sərmayə tərəfdaşlığına da nail olub. Cari ilin ötən 10 ayı ərzində böyükhəcmli “yaşıl sərmayələr”ə dair açar sazişləri imzalanıb, xüsusilə də körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyükhəcmli sərmayə layihəsinin əsası qoyulub. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb. Eləcə də “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.

Azərbaycan COP29 ili çərçivəsində beynəlxalq maliyyə institutları ilə iqlim həlləri üzrə də intensiv əlaqələri artırıb, ətraf mühitin qorunmasını təşviq edən müxtəlif layihələrlə bağlı faydalı müzakirələr aparılıb, bu sahəyə sərmayələrin cəlb edilməsində razılıqlar əldə olunub. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) da COP29 və “yaşıl hidrogen” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb.

Respublikamız bərpa olunan enerjinin ixracının reallaşması istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Prezident İlham Əliyevin vurğuladığı ölkəmiz ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışır.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” adlanan layihəyə əsasən, Avropaya “yaşıl enerji” ixracı gerçəkləşəcək. Azərbaycan bununla Bakı-Tbilisi-Ceyhan neft, TAP qaz kəmərlərinin ardınca, Avropada yeni enerji dəhlizinin müəllifinə çevriləcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri