Icma.az
close
up
RU
Fransa Kanak xalqının müstəqilliyinə qarşı demokratik tələbləri görməzdən gəlir ŞƏRH

Fransa Kanak xalqının müstəqilliyinə qarşı demokratik tələbləri görməzdən gəlir ŞƏRH

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Fransanın kolonial əsarətindən yaxa qurtarmağa çalışan xalqların müstəqillik mübarizəsi artmaqda davam edir.

Özünü “demokratiya və insan hüquqları keşikçisi” kimi təqdim etməyə çalışan prezident Emmanuel Makron hakimiyyəti üçün Yeni Kaledoniya ciddi bir problemə çevrilib. Fransa hazırda ağır durumdadır – adanın yerli Kanak xalqının müstəqillik tələblərinə əməl etmir. Əksinə, onu qan içində boğmağa çalışır.

Fransa strateqləri hesab edirlər ki, indiki məqamda ölkə üçün burada sabitliyin qalması çox vacibdir. Çünki aktiv siyasi mübarizə və Fransa hökumətinin siyasətinə qarşı etiraz əlaməti olaraq fasiləsiz nümayişlər digər keçmiş müstəmləkə ərazilərinə də keçib. Rəsmi Paris etirazların böyüyəcəyindən və həmin ərazilərdə Kanakların haqlı olaraq tələb etdikləri müstəqillik istəklərinin meydana çıxacağından qorxur.

Burada yaxşı anlayırlar ki, Fransa geri çəkilsə Afrika kimi, buraları da itirəcək. Sakit okeanda yerləşən bu dənizaşırı ərazisində dəfələrlə baş qaldıran müstəqillik hərəkatı qan içində boğulub, insanlar həbsə atılıb, bölgədə Fransa hərbi kontingentinin sayı artırılıb.

Məlumat üçün bildirək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Özü də Emmanuel Makron hakimiyyətinin diktatura rejiminə yox deyən keçmiş müstəmləkələr içərisində Yeni Kaledoniyanın yerli Kanak xalqı xüsusi seçilir.

Dənizaşırı əyalət hesab olunan Yeni Kaledoniyanı hər vəchlə nəzarətdə saxlamağa çalışan Makron hakimiyyəti prezidentliyinin sonuna kimi burada vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.

Vaxt isə azdır. İki il sonra Makronun prezidentlik müddəti başa çatır. Onlara görə də bu ərazidə Fransanın qalmasını az qala həyati hesab edir. Məsələ ondadır ki, Fransanın ölkədaxili problemlərlə yanaşı, xarici siyasətdə də ciddi diplomatik uğursuzluqlar yaşanır. Bundan əvvəl Afrikadakı müstəmləkələrindən biabırcasına qovulub. İndi də növbə Yeni Kaledoniyaya çatıb.

Bu arada Prezident Makron Sakit okeanda yerləşən keçmiş müstəmləkələrinə uğursuz səfərindən sonra Yeni Kaledoniyaya dənizaşırı ərazilər naziri Manuel Vallsı göndərib. Makron ümid edirdi ki, nazirini bu səfərə göndərməklə adanın gələcək statusu ilə bağlı danışıqları intensivləşdirməyə, yerli siyasi qüvvələr arasında konsensus yaratmaq və potensial razılaşmaya zəmin hazırlaya biləcək. Lakin onun gözləntilərinin əksi baş verib. Bu ayın əvvəlində adada baş tutan bir neçə mərhələli danışıqlarda Fransa yalnız “simvolik tanınma” və “praktik güzəştlər” təklif edib, bunlar isə Kanak xalqının əsas tələblərinə cavab vermir.

Qeyd edək ki, “simvolik tanınma” faktiki suverenlik və ya müstəqillik vermədən simvolik jestlər və ya ifadələrlə müəyyən bir xalqın, qrupun və ya regionun xüsusi statusunu tanımaq deməkdir. Nazir Vallsda ultimativ şəkildə adanın yerli Kanak xalqı qarşısında “ya razılaşma, ya xaos” şərti irəli sürüb. Kritik şəkildə keçirilən danışıqlarda fransalı nazir FLNKS (Yeni Kaledoniya Sosialist Milli Azadlıq Cəbhəsi) rəhbərləri ilə görüşüb. Deva bölgəsində yüksək səviyyəli siyasi liderlərin qapalı formatda toplandığı, tarixə “Deva konqlavı” kimi düşən danışıqlar aparılıb. Deva konqlavı — 2024–2025-ci illərdə Yeni Kaledoniya məsələsi ətrafında aparılan siyasi danışıqlarda baş vermiş mühüm bir görüşdür.

Lakin danışıqların yekununda heç bir yekun razılaşmanın əldə olunmayıb. Siyasi düşərgələr - loyalistlər və müstəqillik tərəfdarları - prinsipial fərqlər və dərin fikir ayrılıqları səbəbindən mövqelərini yumşaltmağa razı olmadılar. Xüsusilə simvolik tanınma məsələsi ciddi maneə olaraq qalıb.

Bir faktı da qeyd edək ki, Fransa bölgədə yerli xalqla sonradan burada məskunlaşdırdığı əhali arasında gərginlik yaratmağı da hədəfə alıb. Fransameyilli loyalist qüvvələr isə müstəqillik istiqamətində atılacaq hər hansı addıma qarşı çıxırlar.

Yeri gəlmişkən, nazirin söylədiyi xaos və qarışıqlıq hədəsi indiyi qədər öz “bəhrəsini” verib. Adada baş verən polis zorakılığı nəticəsində 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 2 mindən çox şəxs həbs edilib. Bir çox sosial platformalara məhdudiyyətlər tətbiq edilib. Artıq əksəriyyət hesab edir ki, Yeni Kaledoniyanın siyasi gələcəyi xaosa sürüklənir.

Proseslərin gedişi onu deməyə əsas verir ki, kanaklılar əvvəlki qaydada idarə olunmaq istəmirlər, Əsas tələb müstəqillik və suverenliyin əldə olunmasıdır. Fransa isə qəti şəkildə buna qqarşı çıxır. Dəfələrlə ona loyal olanların sayını şirnikləndirici vədlərlə artrmağa çalışır.

Sadəcə maraqlı olan digər bir məsələdir. Bölgənin sabitliyini qorumasına beynəlxalq birlik hələ də sakit qalır. Kanaklar dəfələrlə bəyan ediblər ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi təşkilatların vasitəçiliyi gündəmə gəlməlidir. Əksəriyyət, hətta Fransanın özündə beylə hesab edirlər ki, əgər yaxın zamanda konkret razılaşmalar əldə olunmazsa, daxili siyasi böhran artacaq, həm də regional və beynəlxalq arenada Yelisey sarayı üçün nüfuz itkisi riski yaranacaq.

Digər tərəfdən Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyən Bakı Təşəbbüs Qrupu Parisin informasiya blokadasını tam zərərsizləşdirib. BTŞ platforması vasitəsilə Fransanın müstəmləkəçi dövlət olduğu, kiçik ada dövlətlərinin əhalisini zülm altında saxladığı bütün dünyaya çatdırılır.

Əgər əvvəllər kiçik ada dövlətlərində baş verən qanunsuzluqlar gizlədilirdisə, hazırda bu Bakı Təşəbbüs Qrupu sayəsində mümkün deyil. Fransa mətbuatı kiçik ada dövlətlərində baş verən hadisələri BTŞ-nin bəyan etdiyi məlumatlara istinadən yayımlayır.

Eyni zamanda Baku Təşəbbüs Qrupu müstəmləkə əsarəti və neokolonializm rejimi altında yaşayan xalqların azadlıq və müstəqillik uğrunda mübarizələrinə daim və qətiyyətlə dəstək verir, həmrəyliyi və praktiki yardımı özünə öhdəlik kimi qəbul edir. Odur ki, Bakı Təşəbbüs Qrupunun müxtəlif dövlətlərdə keçirdiyi tədbirlər Fransanın müstəmləkəçilik siyasətinin bütün dünyada ifşa olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Artıq görünən də odur ki, Fransa və Yeni Kaledoniyada müstəqillik tərəfdarları arasında dərin uçurum yaranıb. Fransalı nazirin səfəri isə bu uçurumu daha da artırıb. Simvolik tanınma və konkret siyasi razılaşmalar sahəsində tərəflərin kompromisə getməməsi, regionda yeni siyasi və sosial gərginliklərin qaçılmaz olduğunu göstərir. Əgər yaxın perspektivdə davamlı və qarşılıqlı qəbul edilə bilən həll yolları tapılmazsa, arxipelaq Fransa üçün həm region daxilində, həm də beynəlxalq aləmdə çətin və ciddi sınaq meydanına çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri