Icma.az
close
up
RU
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi

Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron Madaqaskara dövlət səfəri zamanı vəd verib. O, ölkəsinin Madaqaskardakı müstəmləkə keçmişinin simvolu olan Sakalava xalqına məxsus insan qalıqlarının və Fransada onilliklər ərzində saxlanılan Kral Toeraya aid olduğu güman edilən kəllə sümüyünün tezliklə geri qaytarılacağını bildirib. Prosesin avqust ayında baş tutacağı deyilib. Vaxtın həmin müddətədək uzadılması Kral Sakalavanın övladları və madaqaskarlıların adətləri ilə bağlı olduğu bildirilib. Bununla yanaşı, Fransa prezidenti davamlı barışıq prosesinə başlamaq istəyini nəzərə çatdırıb. Eyni zamanda, Makron insan qalıqlarının və kəllə sümüyünün qaytarılmasının simvolik əhəmiyyətindən danışıb. O, Madaqaskar kral sülaləsinin nəslindən olan şahzadə Rastimamanqanın iştirakı ilə keçirilən tədbirdə “bu ağrılı tikanın çıxarılmasının” vacibliyini vurğulayıb.

Buna baxmayaraq, E.Makron 1897-ci və 1947-ci illərdə Fransa tərəfindən Madaqaskarda törədilmiş qanlı hadisələrlə bağlı açıq şəkildə üzr istəməkdən çəkinib. O, yalnız ölənlərin xatırlanmasına icazənin verilməsinin, eləcə də əşyaların və insan qalıqlarının qanuni qəyyumlarına qaytarılmasının zəruriliyini söyləməklə kifayətlənib. Halbuki, madaqaskarlılar Makronun adada törədilən cinayətlərə görə Fransanın adından üzr istəyəcəyinə ümid bəsləyirdilər.

Fransa prezidentinin bu mövqeyi madaqaskarlıları narazı salıb və müstəmləkə dövründə baş vermiş zorakılığa görə mənəvi təzminatın istənilməsi məsələsini aktuallaşdırıb. Madaqaskar tarixçiləri isə ümid ediblər ki, onlara müstəmləkə polisinin arxivlərinə daxil olmaq imkanı veriləcək. Repressiya qurbanlarının real sayı ilə bağlı məsələlər aydınlaşacaq.

Qeyd edək ki, Sakalava xalqına məxsus insan qalıqlarının qaytarılmasının gecikdirilməsi prosesin mürəkkəbliyini göstərir. Çünki bu məsələ ilə bağlı hər bir addım yoxlanılır. Madaqaskar üçün insan qalıqlarının qaytarılması tarixi hadisədir. E.Makron onların tezliklə qaytarılacağını vəd edərək, Madaqaskarla dialoqa şərait yaradıb. Lakin bu vədin nə qədər real olacağını zaman göstərəcək. Çünki Fransanın Kamerun, Əlcəzair, Seneqal və Haiti ilə də belə anlaşmaları olub. Lakin bunların hələ də nəticəsi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri