Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Paris, 8 oktyabr, AZƏRTAC
Fransa və Madaqaskar Hind okeanında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir. Fransanın silahlı qüvvələr naziri Katerin Votrən Antananarivoda Madaqaskarın silahlı qüvvələr naziri general Razafitombo Maminirina Ely ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Mozambik kanalında ortaq təhlükəsizlik maraqlarının olduğu vurğulanıb. Fransa tərəfi əməkdaşlığın Rusiyanın roluna alternativ kimi deyil, Madaqaskarın müxtəlif ölkələrlə əməkdaşlığını şaxələndirməsi çərçivəsində həyata keçirildiyini bildirib.
Əməkdaşlıq çərçivəsində Fransa Madaqaskar ordusuna yaxın vaxtlarda müşahidə və döyüş məqsədli yüzə yaxın dron verəcək. İki ölkənin orduları arasında dron texnologiyalarının hazırlanması və istifadəsi üzrə Madaqaskar hərbçilərinin təlimini nəzərdə tutan saziş də imzalanıb.
İlk dron partiyası ilə yanaşı, 2027-ci ildə keçiriləcək birgə sülhməramlı təlimlər və hərbi manevrlər üçün kompüterlər və müxtəlif avadanlıqlar da Madaqaskar tərəfinə təqdim edilib.
Qeyd edək ki, Fransanın silahlı qüvvələr naziri Madaqaskara səfər çərçivəsində bu ölkənin Prezidenti Mikael Randrianirina ilə də görüşüb. Görüşün təfərrüatları açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















