Icma.az
close
up
RU
Fransa riyakar siyasətindən əl çəkmir: Rəsmi Paris müstəmləkəsi olmuş ölkələri susdurmaq üçün yeni üsuldan istifadə edir

Fransa riyakar siyasətindən əl çəkmir: Rəsmi Paris müstəmləkəsi olmuş ölkələri susdurmaq üçün yeni üsuldan istifadə edir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 5 may, AZƏRTAC

Fransanın keçmiş müstəmləkələrinə təzminat ödəməsi aktual məsələyə çevrilir. Bu ölkənin müstəmləkəsi olmuş dövlətlər baş vermiş zorakılıqlara, işgəncə və qırğınlara görə təzminat tələb edir. Keçmiş müstəmləkələrin, xüsusilə Afrika və Karib hövzəsi ölkələrinin vətəndaşları təzminat və mədəni irslərinin bərpasını istəyirlər.

Rəsmi Parisin Afrika qitəsindəki keçmiş müstəmləkələri ilə münasibətləri isə son illər daha da gərginləşib, Fransanın bu dövlətlərdə nüfuzu ciddi sarsılıb. Xüsusilə Çad, Mali, Burkina Faso, Niger kimi ölkələrdə Fransa əleyhinə etirazlar artıb, bu dövlətlər Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıb, adıçəkilən ölkələr yeni tərəfdaş axtarışındadır.

Bütün bu proseslər fonunda Fransa hökuməti keçmiş müstəmləkələrdəki tarixi məsuliyyətindən yayınmaq və ictimai qəzəbi yatırmaq məqsədilə "birgə tarixi komissiyalar" yaratmaq təşəbbüsü ilə çıxış edir. Sözügedən komissiyalar guya Fransa ilə müstəmləkə ölkələri arasında keçmişdə baş vermiş hadisələrin birgə araşdırılmasını və qiymətləndirilməsini hədəfləyir. Lakin bu təşəbbüslər geniş ictimaiyyət tərəfindən Fransa imperializminin törətdiyi cinayətləri ört-basdır etmək cəhdi kimi qiymətləndirilir.

Bir çox tədqiqatçı və ictimai xadim komissiyaların formal xarakter daşıdığını, əslində məsuliyyətdən yayınmaq üçün qurulduğunu və Fransa arxivlərinin hələ də tam açılmadığını bildirirlər. Onların fikrincə, əgər Fransa, doğrudan da, keçmişin düzgün araşdırılmasını istəyirsə, birinci növbədə törədilən qətliamları tanımalı, rəsmi üzr istəməli və zərərçəkmiş ölkələrə kompensasiya ödənilməlidir.

Bildirilir ki, Fransanın keçmiş müstəmləkələri ilə birgə komissiyalar yaratması real barış və ədalət axtarışından daha çox simvolik və siyasi gediş kimi görünür. Müstəmləkə mirasının ağrıları yalnız kosmetik tədbirlərlə deyil, real və dürüst işlə aradan qaldırıla bilər. Əks halda, bu təşəbbüslər Fransa üçün yalnız diplomatik imitasiya olaraq qalacaq.

Əlcəzair və Fransa arasında davamlı diplomatik gərginliyin hökm sürdüyü bir şəraitdə müstəmləkəçilik zamanı talan edilmiş mədəni sərvətlərin geri qaytarılması məsələsi yenidən gündəmə gəlib. Müstəmləkə dövrü ilə bağlı araşdırma aparan tarixçi Benjamin Stora bu məsələyə dair Fransa hakimiyyətinin konkret cavabının olmamasını pisləyib. O bildirib ki, Əlcəzair-Fransa birgə komissiyasının üzvləri olan Əlcəzair tarixçiləri bərpa üçün xüsusi tələblər irəli sürüblər. Tələb olunan oğurlanmış mədəni irs arasında Əmir Əbdülqədirin “Qurani-Kərimi”, qılıncı və üst geyimi də var. Bu əşyalar əhəmiyyət kəsb edir, ancaq Fransa hələ də onları geri qaytarmayıb. B.Stora Fransanın hərəkətsizliyini qınayıb. "Talan olunmuş əşyaları geri qaytarmaqdan imtina müstəmləkə keçmişinin ədalətsizliklərini etiraf etmək üçün əsl prosesə qoşulmamaq istəyini əks etdirir”, - deyə Stora diqqətə çatdırıb.

Tarixçi söyləyib ki, talan edilmiş mədəni və tarixi əşyaların geri qaytarılmaması mümkün barışığı təhlükə altına qoyur. Həmçinin bu kimi hallar Fransanın müstəmləkəsi olmuş ölkə gənclərində məyusluğu artırır, onlarda inamsızlıq yaradır, bu ölkə ilə bağlı mənfi fikir formalaşdırır. Ona görə də tarixçi bu məsələyə səmimi yanaşmağın vacibliyini vurğulayıb. O deyib ki, əlaqələri bərpa etmək, anlaşmaq zəruri və əvəzolunmazdır. Bu, Fransa ilə onun keçmiş müstəmləkələri, xüsusilə də Əlcəzair arasında daha dinc münasibətlər qurmaq üçün lazımdır.

Qeyd edək ki, Fransa ilə Əlcəzair arasında münasibətlər həmişə gərgin olub. Fransa prezidenti Emmanuel Makron səlahiyyət müddətindən əvvəl Əlcəzairdəki müstəmləkəçiliyi insanlığa qarşı cinayət kimi tanıyıb. Lakin onun sonrakı addımları iki ölkə arasındakı gərginliyi azaltmayıb. Ona görə də münasibətlərin normallaşması üçün tarixçilərdən ibarət komissiya yaradılıb. Bu komissiya Fransanın müstəmləkəçiliyi ilə bağlı bir sıra əməlləri ortaya qoyub. Ancaq bu nəticələr Əlcəzairi qane etmir. Müstəmləkə dövründə Fransanın talan etdiyi mədəni sərvətlər müzakirələrin mərkəzində dayanıb. Makron bu irslə əlaqədar növbəti komissiya yaradıb. Nəticələr Əlcəzairin Fransa tərəfindən talan olunduğunu göstərir. Amma Əlcəzair xalqının öz irsini bərpa etmək istəklərinə məhəl qoyulmur.

Xatırladaq ki, Ruanda dövlətində də Tutsilərin soyqırımında Fransanın rolunu qiymətləndirmək məqsədilə yaradılmış komissiyası var idi. Bu qurum Fransanın həmin soyqırımı ilə bağlı mübahisəli hərəkətlərə yol verdiyini təsdiqləyib. Bununla əlaqədar iki ölkə arasında gərginlik mövcuddur.

Kamerun dövlətində də Fransanın müstəmləkəçilik dövründə həyata keçirilən qəddarlıq və zorakılıqlarla bağlı araşdırmalar aparılıb, müvafiq komissiya formalaşdırılıb. Təəssüf ki, çoxlu faktlar aşkarlansa da, təzminat ödənilməyib.

Madaqaskarda da Fransanın törətdiyi vəhşiliklərlə əlaqədar komissiya yaradılıb. Lakin bu komissiyaya da böyük inamsızlıq var.

Bir sözlə, Makron tərəfindən yaradılan komissiyalar zərərçəkmiş xalqları razı salmır. Tanınma və təzminat keçmiş müstəmləkə dövlətlərini narahat edən məsələ olaraq qalır.

Bəzi ekspertlər rəsmi Parisin qeyd edilən komissiyaları yaratmasını və bu istiqamətdə digər addımlar atmasını keçmiş müstəmləkə ölkələrində artan anti-Fransa əhvali-ruhiyyəsini cilovlamaq cəhdi kimi qiymətləndirirlər. Həmçinin bu, Parisin geosiyasi rəqiblərin bölgədə artan nüfuzuna qarşı “yumşaq güc” tətbiq etmək strategiyası kimi dəyərləndirilir. Müstəmləkə dövründə əzilmiş, qəddarlığa və zorakılıqlara məruz qalmış xalqların hüquqlarının bərpasının isə Fransanın marağında olmadığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri