Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Zəfər yalnız hərbi qələbə deyil, xalqın tarixi dirçəlişidir Deputat

Zəfər yalnız hərbi qələbə deyil, xalqın tarixi dirçəlişidir Deputat

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 8-də müasir tariximizin ən şanlı, ən qürurlu səhifəsi olan Zəfər Gününün beşinci ildönümünü təntənəli şəkildə qeyd etdik. 8 noyabr sadəcə bir təqvim günü deyil, bu tarix millətimizin əzmini, ordumuzun gücünü, dövlətimizin qüdrətini və Prezidentimizin sarsılmaz iradəsini simvolizə edən müqəddəs bir gündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O, bildirib ki, 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında Azərbaycan xalqı otuz illik işğala və ədalətsizliyə son qoydu, ərazi bütövlüyünü, suverenliyini və konstitusion quruluşunu tam bərpa etdi. Biz qalib gəldik və tarixi Zəfərə imza atdıq.

“Zəfərimizin memarı heç şübhəsiz ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Ali Baş Komandanın sarsılmaz iradəsi, cəsarəti, qətiyyəti, diplomatik məharəti və strateji liderliyi hesabına bu mümkün oldu. Zəfərimizin qəhrəmanı Azərbaycan Ordusudur, Silahlı Qüvvələrdir. Azərbaycan əsgəri torpaq uğrunda canından keçdi, hünər, cəsarət və peşəkarlıq nümunəsi göstərdi. Müharibə günlərində on minlərlə gənc könüllü olaraq cəbhəyə yazıldı, orduda bir nəfər də olsun fərari olmadı, yaralılar belə “məni sağaldın, cəbhəyə qayıdım” dedilər.

Xalqımız isə bu Zəfərin ruhudur, ürəyidir, dayağıdır. Hər bir evdə dua, hər bir qəlbdə inam, hər bir könüldə Vətən sevdası vardı. Cəbhədə döyüşən əsgərimizin arxasında güclü xalq dayanırdı. Xalq öz övladını Vətənə əmanət etdi və dedi: “Get, torpağımızı azad et!” Müharibə günlərində bütün xalq bir ürək, bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi”,- deyə A. Quliyev vurğulayıb.

Deputat əlavə edib ki, torpaqlarımızın işğalçılardan və separatçılardan təmizlənməsi təkcə hərbi qələbə deyildi, bu həm də siyasi, hüquqi və mənəvi qələbə idi.

Bəli, Zəfər Gününün o qədər dərin siyasi, psixoloji, mənəvi, tarixi və hüquqi tərəfləri var ki, onu sadəcə hərbi qələbə kimi dəyərləndirmək kifayət deyil. Bu, bir epoxadır, bu bir xalqın qəhrəmanlıq və qürur salnaməsidir. Əzilməyə, sındırılmağa çalışılan bir millətin hayqırtısı, ləyaqətli dirənişi və tarixi dirçəlişidir. Bu Zəfər 30 il ədalətsizliyə boyun əyməyən bir millətin və bir Liderin inadla, əzmlə torpağına və haqqına sahib çıxmasının misilsiz nümunəsidir.

O deyib: “Yaxşı ki, biz torpaqlarımız uğrunda qəhrəmancasına vuruşaraq, düşməni məhv edərək ərazilərimizi azad etdik. Dünyanın hərb tarixində qızıl hərflərlə yazılacaq yeni bir məktəb yaratdıq, XXI əsr müharibəsinin - dron müharibəsinin əsasını qoyduq. Şuşa kimi, təbii istehkamlarla və sıldırım qayalarla əhatə olunmuş alınmaz qala nümunəsini yüngül silahlarla fəth etməyin düsturunu göstərdik. Alınmaz hesab olunan “ohanyan sədlərini” üç saat ərzində yardıq. Şəhidlər verdik, yaralandıq, amma yolumuzdan dönmədik. Nəhayət şərəf və ləyaqətlə dolu şanlı və möhtəşəm bir Zəfər qazandıq.

Azadlıq müharibəsinə başlamaq nə qədər çətin və məsuliyyətli qərar idisə, onu möhtəşəm Qələbə ilə yekunlaşdırmaq ondan on qat çətin idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni 2020-ci ilin noyabrın 10-da dayandırmaqla son dərəcə müdrik və uzaqgörən qərar qəbul etdi. Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməklə Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atmadan, bir şəhid vermədən azad etdi.

Rusiya hərbi kontingenti ərazidə müvəqqəti yerləşdirildi və azadlıq savaşımızın son, həlledici mərhələsi başladı. 2023-cü ildə Laçında dövlət sərhəd-keçid məntəqəsi qurularaq dövlət sərhədimiz bərpa edildi. Həmin ilin sentyabrında separatizmin yuvası darmadağın edildi, özü də dinc əhaliyə zərər vermədən, dünyada analoqu olmayan peşəkarlıqla. 2024-cü ilin aprelində isə Rusiya hərbi kontingenti vaxtından əvvəl Qarabağdan çıxarıldı və Rusiyanın ölkəmizdəki 300 illik hərbi varlığına son qoyuldu.

30 il boyu suverenliyimizə təhdid olan Laçın dəhlizi isə beynəlxalq gündəmdən birdəfəlik çıxarıldı, əvəzində Zəngəzur dəhlizi qlobal müzakirəyə gətirildi və avqustun 8-də Vaşinqtonda Ermənistanın üzərinə onun açılması öhdəliyi qoyuldu.

Nəhayət, Vaşinqton Zirvəsində Azərbaycanın diktəsi ilə hazırlanmış sülh sazişinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi ilə dünya ictimaiyyəti Qələbəmizin nəticələrini tam olaraq tanıdı. Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, XXI əsrdə heç bir ölkə Azərbaycan qədər tam və qəti zəfər əldə etməyib.

Bax, budur Zəfərin hərbi, siyasi, hüquqi, tarixi və mənəvi anlamı! Budur Azərbaycan xalqının gücü, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı! Budur Azərbaycan Prezidentinin və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti, siyasi iradəsi, diplomatik zəkası və qətiyyəti! Budur “Dəmir yumruğun” dünyada sədası, ədalətin, qürurun və milli ləyaqətin səsi!

Doğurdan da dünyada çox az xalqın Zəfər Bayramı var. Biz xoşbəxt xalqıq ki, imzamız və şərəfimizlə bu azsaylı xalqların arasında varıq!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri