Icma.az
close
up
RU
Fransa rus tankerlərini ovlayır : Dördüncü gəmi saxlanıldı

Fransa rus tankerlərini ovlayır : Dördüncü gəmi saxlanıldı

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “Tagor” tankeri bazar ertəsi səhər saatlarında Atlantik okeanında beynəlxalq hüquqa uyğun şəkildə saxlanılıb. “Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalar altında olan yeni bir tankeri – “Tagor”u ələ keçirib. Qətiyyətimiz dəyişməz və tamdır”, – deyə o, X platformasında yazıb.
Makronun sözlərinə görə, əməliyyat açıq dənizdə, Atlantik okeanında həyata keçirilib və bu zaman bir sıra tərəfdaş ölkələrin, eləcə də Böyük Britaniyanın dəstəyindən istifadə olunub. O qeyd edib ki, bütün tədbirlər dəniz hüququnun tələblərinə tam uyğun şəkildə icra olunub.
Makron əlavə edib ki, beynəlxalq sanksiyalardan yayınan, dəniz hüququnu pozan və Rusiyanın Ukraynaya qarşı dörd ildən artıqdır davam edən müharibəsini maliyyələşdirməyə xidmət edən gəmilərin fəaliyyəti qəbuledilməzdir. “Dəniz naviqasiyasının ən elementar qaydalarına əməl etməyən bu cür gəmilər həm ətraf mühit, həm də ümumi təhlükəsizlik üçün ciddi təhdid yaradır”, – deyə o, bildirib.
Fransa hökuməti aprelin 8-də “gizli donanma” kimi tanınan və sanksiyalardan yayınmaq üçün istifadə edilən gəmilərə qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlamışdı. Bu məqsədlə saxta bayraq istifadəsi və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmama ilə bağlı cəzaların ikiqat artırılması nəzərdə tutulur.
Martın 20-də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərb hissəsində Rusiyadan gələn “Deyna” adlı neft tankerini saxlamışdı. Gəmi saxta bayraq altında üzməkdə şübhəli bilinirdi. Daha sonra cərimə ödədikdən sonra onun yola davam etməsinə icazə verilmişdi.
Bundan əvvəl, yanvar ayında Murmansk limanından çıxan “Grinch” adlı başqa bir tanker də eyni səbəbdən saxlanılmışdı.
2025-ci ilin sentyabrında isə Bretan sahilləri yaxınlığında “Boracay” tankerinə əl qoyulmuşdu. Həmin vaxt Rusiya Prezidenti Vladimir Putin Fransa Hərbi Dəniz Qüvvələrinin əməliyyatını piratçılıq adlandıraraq sərt tənqid etmişdi.
Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “Tagor” tankeri də əvvəlki hallarda olduğu kimi Murmansk limanından yola çıxıb. Gəminin göyərtəsinə çıxan müfəttişlər istifadə olunan bayraqla bağlı pozuntuları təsdiqləyiblər.
Tanker daha sonra nəzarət altında lövbərsalma nöqtəsinə qədər müşayiət olunub və yaxın saatlarda ətraflı texniki və hüquqi yoxlamadan keçiriləcək.
Hadisə ilə bağlı materialların Bretan bölgəsində yerləşən Brest şəhərinin prokurorluğuna təqdim edildiyi də bildirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri