Fransa və Almaniyanın Hərbi Hava Qüvvələri təlim keçirəcəklər
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Almaniya və Fransa martda nüvə çəkindirməsi sahəsində əməkdaşlıq haqqında əldə edilən razılaşma çərçivəsində ilk dəfə Hərbi Hava Qüvvələrinin təlimləri keçirəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.
Məlumata görə, Nörvenix (Almaniya Şimali Reyn-Vestfaliya federal ərazisi) hava bazasında keçirilən manevrlər zamanı Fransanın "Rafale" və Almaniyanın iki "Eurofighter" qırıcıları təlimin birinci mərhələsinin bir hissəsi olaraq yanacaq doldurma təlimi ediblər.
Nörvenixdəki əməliyyat Almaniya və Fransa arasında (Almaniya kansleri Fridrix) Merts və (Fransa Prezidenti Emmanuel) Makronun martın əvvəlində razılaşdıqları nüvə tərəfdaşlığının başlanğıcını qeyd edir", - nəşr yazır.
Bundan sonra Almaniya və Fransa hərbi personalı hər iki ölkənin təyyarələrində texniki xidmət işləri aparacaqlar.
Qeyd edək ki, təlimlər bu gün Nörvenix yaxınlığındakı Bensberq qəsrində Almaniya kansleri ilə Fransa Prezidenti arasında keçiriləcək görüşdən əvvəl keçirilir. İyulun 17-də Merts və Makron aviabazanın özündə keçiriləcək Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəklər. Danışıqların mövzularından biri iki ölkə arasında nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 16 İyul 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















