Icma.az
close
up
RU
Fransa vətəndaşı: Ölənə qədər Azərbaycan həqiqətlərini təbliğ edəcəyəm

Fransa vətəndaşı: Ölənə qədər Azərbaycan həqiqətlərini təbliğ edəcəyəm

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa vətəndaşı İbrahim Diavara artıq on ildən çoxdur ki, ölkəsində Azərbaycan həqiqətlərini təbliğ edir. Parisin türk məhəlləsində böyüyən və özünü hər zaman türk hiss edən Diavaranın Azərbaycanla tanışlığının tarixçəsi də maraqlıdır. Parisdə müəllim işləyən qonağımız bütün çətinliklərə rəğmən, mövqeyindən dönmür, Türkiyəni və Azərbaycanı öz vətəni kimi sevməklə yanaşı, təbliğat da aparır.

Hazırda Azərbaycanda səfərdə olan İbrahim Diavara bu və digər məqamlarla bağlı Oxu.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Azərbaycana xoş gəlmisiniz. Əvvəlcə özünüz barədə oxucularımıza məlumat verin. İbrahim Diavara kimdir?

- Mən Fransa vətəndaşıyam. Parisdə doğulub, boya-başa çatmışam. Hazırda Fransada müəllim işləyirəm. Mənim atam seneqallı, anam isə afrotürkdür (afrikaəsilli türklər - red.). Qohumlarımın əksəriyyəti Türkiyədə, anam və atam isə Parisdə yaşayırlar. Buna baxmayaraq, hər il Türkiyəyə gedib onlarla görüşürəm.

- Bəs Azərbaycanı necə tanıdınız və həqiqətlərini təbliğ etmək təşəbbüsü sizdə necə yarandı?

- Mən Fransada doğulub-böyüsəm də, bu ölkənin vətəndaşı olsam da, türk kimi yaşayıram. Türk mətbəxinə məxsus yeməklər yeyirəm, sizin təşkil etdiyiniz proqramlara qatılıram, daha çox dostluq əlaqələri qurmağa çalışıram və s.

Ümumiyyətlə, mənim türkçülük sevgim hələ uşaq yaşlarından başlayıb. Bu sevgi isə yalnız Türkiyə ilə məhdudlaşmır, bütün türk coğrafiyasını əhatə edir. İstər Şərqi Türküstan olsun, istər Qazaxıstan, istər Qırğızıstan və s., amma Azərbaycana olan münasibətim tamam başqadır - doğmadır. Azərbaycanla tanışlığımın tarixçəsi də maraqlıdır. 2010-cu ildə "Yahşi cazibe" serialını izlədikdən sonra türkəsilli dostlarıma bu dilin türk dilinə oxşadığını, amma fərqli olduğunu dedim. Dostlarım da bu dilin Azərbaycan dili, azərbaycanlıların da qardaşlarımız olduğunu dedilər. Bundan sonra Azərbaycan haqqında araşdırma aparmağa başladım.

Həmin ərəfədə Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi, şəhərləri ilə yanaşı, azərbaycanlıların başlarına gətirilən müsibətlərlə də tanış oldum. Xocalı soyqırımı haqqında oxuduqca dəhşətə gəldim. Bundan sonra da Azərbaycanı daha çox sevməyə başladım. Çünki Fransa Ermənistan dövlətini dəstəklədiyi üçün Azərbaycan haqqında yetərli məlumatımız olmayıb. Məhz özümün apardığım araşdırmalar nəticəsində Azərbaycanı daha yaxından tanıyıb, sevməyə başlamışam. Bu baxımdan, "Bir millət, iki dövlət" şüarı mənim üçün də əhəmiyyət daşıyır. 2011-ci ildə keçirilən "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nigar Camalın (Ell & Nikki - Nigar Camal, Eldar Qasımov - 2011 "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən duet - red.) qələbəni Türkiyə bayrağı ilə qeyd etməsi isə məni çox duyğulandırdı və bundan sonra Azərbaycana olan sevgim artdı.

- Bu sevgi özünü əməldə necə büruzə verməyə başladı?

- Universitetə qəbul olanda "Türkologiya" ixtisasını, ikinci dil olaraq isə Azərbaycan dilini seçmişdim. Nəticədə Azərbaycan dilini də öyrənməyə başladım. Lakin mütəmadi istifadə etmədiyim üçün danışmaqda çətinlik çəkirəm, amma başa düşürəm. Azərbaycan dili müəllimim Aygün Eyyubova idi. Onun sayəsində həm Azərbaycan tarixini öyrəndim, həm də Azərbaycanın Fransadakı assosiasiyaları ilə tanış oldum. Bundan sonra Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini ehtiva və təbliğ edən bütün tədbirlərdə iştirak etdim. Şəxsi sosial şəbəkə hesablarımda isə mütəmadi olaraq paylaşımlar edirəm. Çünki Fransada Azərbaycan haqqında, demək olar ki, heç kimin məlumatı yox idi. Lakin Azərbaycanı öz vətənim kimi görmək hissi imkan vermədi ki, insanlar bundan sonra da xəbərsiz qalsınlar. Ona görə də hərəkətə keçdim, hətta getdiyim hər yerdə Azərbaycan və Türkiyə bayraqları ilə gəzirəm ki, soruşanlara ətraflı məlumat verim, insanları maarifləndirim.

- Azərbaycan həqiqətlərini açıq-aşkar təbliğ etməyiniz Fransada necə qarşılanır?

- Bunun mənə daha çox zərəri toxunub. Məlum olduğu kimi, Fransada erməni lobbisi çox güclüdür. Mənim Azərbaycan vətəndaşı olmamağım, afrikaəsilli və Fransa vətəndaşı olmağım onlara çox qəribə və qəzəbli gəlirdi. Elə bunun nəticəsi idi ki, 2016-cı ilin aprelində ilk dəfə ermənilər tərəfindən hücuma məruz qaldım. Universitetdə oxuyurdum. Üzərinə "Türkiyə" yazılan köynək geyinmişdim. Məni tanıyan bir qrup erməni üstümə hücum çəkdi və bıçaq çıxardı. Heç kim də kömək etmədi. Canımı güclə xilas etdim. Lakin polisə şikayət etsəm də, günahkarlar cəzalandırılmadılar. Bundan sonra isə Ermənistanda "arzuolunmaz şəxs" elan edildim və ölkəyə girişim qadağan olundu.

- Bəs ikinci dəfə nə zaman hücuma məruz qaldınız?

- Bir ildən sonra, 2017-ci ildə. Həmin dövrdə, məlum olduğu kimi, Qarabağ işğal altında idi. Həmin gün "Xocalıya ədalət" aksiyasında iştirak etmişdim. Aksiya bitəndən sonra təkbaşına metroya gedirdim. Birdən üstümə çox sayda erməni hücum çəkdi. Mənə dedilər ki, "bu gün sənin son günündür. Sən azərbaycanlı deyilsən, onları niyə müdafiə edirsən? Buna görə sənə nə qədər pul veriblər? Mən də dedim ki, mənə heç kim heç nə verməyib, mən türkəm və Azərbaycan mənim qardaş ölkəmdir, siz yalan xəbərlər yayırsınız deyə mən də insanlara həqiqəti deyirəm. Bundan sonra hamısı üstümə hücum çəkib məni döydü. Ətrafdakı insanlar müdaxilə edib bizi ayırsalar da, bu dəfə də polisə etdiyim müraciət cavabsız qaldı. Bütün bunlara baxmayaraq, yenə də mövqeyimdən geri çəkilmirəm. Azərbaycanla bağlı etdiyim paylaşımlara görə yenə də məni təhdid və şantaj edirlər, ünvanıma nalayiq ifadələr işlədirlər. Amma artıq öyrəşmişəm və fikir vermirəm. Çünki bu fəaliyyətimdən peşman deyiləm.

- Fəaliyyətinizin müsbət nəticələri necə, olubmu? Məsələn, Azərbaycanı tanımayanlar tanıyıb, sevməyənlər seviblər...

- Azərbaycanın Fransadakı səfirliyi, Fransadakı Azərbaycan diasporu bu mövzularda mənə dəstək olurlar. Bəzi Türkiyə türkləri və azərbaycanlı dostlarım da məni tək qoymurlar. Fransalı dostlarımı "Azərbaycan günləri"nə həsr olunan tədbirlərə dəvət edirəm və görürəm ki, artıq Azərbaycana qarşı fikirləri müsbətə doğru dəyişir. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da bu istiqamətdə çox çalışır.

- Azərbaycan əraziləri 30 il işğal altında olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Həmin dövrü necə xatırlayırsınız və bu, Fransada necə qarşılanırdı?

- Həmin dövrdə ermənilər aksiyalar edirdilər ki, Fransa dövləti Ermənistana siyasi və hərbi dəstək versin. Hətta əsgər göndərməyi belə tələb edirdilər. Amma fransız əhali "bu, bizim müharibəmiz deyil" deyərək, hər dəfə bu tələbə kəskin etiraz etdi. Bəzi parlamentarilər isə məlum olduğu kimi, Ermənistana hərtərəfli dəstək verməyə hazır idilər. Qarabağ işğaldan azad ediləndən sonra mən və dostlarım Azərbaycan və Türkiyə bayraqları ilə bu zəfəri Parisdə, hamının gözləri qarşısında qeyd elədik.

- Ölkəmizə ilk dəfə nə vaxt gəlmisiniz?

- 2016-cı ildə məni 10 günlük Azərbaycana dəvət etdilər. Bu müddət ərzində Azərbaycanla daha yaxından tanış olmağa başladım. Bakı ilə yanaşı, Qobustan, Şəki, Qəbələ, İsmayıllı şəhərlərində oldum. Ən çox Şəkini bəyəndim. Keçən il isə dekabrda Bakıya gəlmişəm.

Bu, Azərbaycana üçüncü səfərimdir. Bu səfərimdə Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətimi qiymətləndirərək məni medalla təltif etdi. Amma mən bütün bunları qarşılıqsız, türk dünyasını sevdiyim üçün edirəm. Gördüyünüz Azərbaycan bayrağını 12 ildir ki, qoruyub-saxlayıram. Ölənə qədər Azərbaycan həqiqətlərini, türk dünyasını təbliğ edəcəyəm. Azərbaycanlılar çox qonaqpərvər, tolerant və mehriban insanlardır. Hər dəfə buraya gələndə bunu daha yaxından hiss edirəm.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri