Icma.az
close
up
RU
Büdcəyə 1.2 milyard manat nə üçün yığılacaq?

Büdcəyə 1.2 milyard manat nə üçün yığılacaq?

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Gələn ilin dövlət büdcəsinin 2.6 faizi, yəni 1 milyard 21 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına formalaşacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu jurnalist-ekspert Elçin Rüstəmli deyib.

O bildirib ki, Azərbaycanda büdcə hesabına fəaliyyət göstərən dövlət qurumları vətəndaşlara ödənişli xidmət göstərib milyarddan artıq vəsait yığacaqlar. “Dünən Milli Məclisdə “Dövlət xidmətləri haqqında” qanun layihəsinin ikinci oxunuşunda müzakirə edilib. Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi üçün müəyyən hallarda və məbləğdə dövlət rüsumu və ya xidmət haqqı tutulur. Konstitusiya isə bunu qadağan edir. Əsas Qanunun 73-cü maddəsinə uyğun olaraq, dövlət orqanları və onların tabeliyindəki qurumlar qanunla müəyyən edilməmiş əsaslar olmadan əlavə vergilər və ya ödənişlər müəyyən edə bilməzlər. Bu məsələlər “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir”.

Digər ekspertlər isə bu yığımın səbəbsiz artmayacağını düşünürlər. Onlar bildirirlər ki, bu artımın səblərindən biri gələn il sənədsiz evlərin çıxarışla təmin olunması prosesinin daha geniş miqyas almasıdır. Belə ki, bu ilin yayında dövlət başçısının sərəncamı ilə sovet dövrü və 1997-ci ilə qədər alınmış torpaqların sənədləşdirilməsi prosesinə start verilib. Ekspertlər qeyd edilər ki, bu sərəncama əsasən sənədsiz olan 100 minə yaxın ev çıxarışla təmin olunacaq.

Onlar vurğulayırlar ki, bu qədər evin qısa müddətdə sənədləşdirilməsi mümkün deyil və bu səbəbdən də 2026-cı ildə də proses davam edəcək. Bu isə yüz milyonlarla manat dövlət rüsumunun alınması deməkdir.

Bundan başqa, Bakıda çoxlu sayda binaların söküməsi prosesinə da start verilməsinə hazırlaşılır. Belə ki, 2026-cı ildə Binəqədi, Sabunçu, Suraxanı və daha bir neçə rayonda toplam 10 mindən çox mənzilin sökülməsi planlaşdırılıb. Ekspertlər deyirlər ki, həmin söküntü nəticəsində vvətəndaşlara kompensasiya ödəniləcək və sakinlərin yeni mənzillər alması prosesi baş verəcək. Bu isə yeni mənzil və ya ev alınması deməkdir ki, nəticədə buna görə, dövlət xidmətləri göstəriləcək.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri